Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2018-ci ildə “Azexport.az” portalına daxil olan ixrac sifarişləri 8 faiz artıb

2018-ci ildə “Azexport.az” portalına daxil olan ixrac sifarişləri 8 faiz artıb

Ötən il “Azexport.az” portalına 514 milyon dollarlıq ixrac sifarişləri daxil olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac İcmalı"nın yanvar sayında bildirilir.

Hesabata görə, 2017-ci illə müqayisədə ötən il portala daxil olan ixrac sifarişləri dəyər baxımından 8 faiz artıb. Dekabr ayında isə portala daxil olan sifarişlərin dəyəri 35,1 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2017-ci ilin yanvarından 2018-ci il dekabrın 31-dək portala 115 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 989,1 milyon dollar olub.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

4 2019 12:12 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə