Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət Nazirliyi müsabiqə elan edib

Mədəniyyət Nazirliyi müsabiqə elan edib

Mədəniyyət Nazirliyi mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2019-cu il üçün müsabiqə elan edib.Nazirlikdən verilən xəbərə görə, müsabiqə bu il iyunun 30-dan iyulun 10-dək UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində keçirilməsi çərçivəsində mədəni tədbirlərin təşkili, xalq tətbiqi-dekorativ və təsviri sənətin inkişafına dair layihələrin hazırlanması, mədəniyyət sahəsində müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı layihələrin hazırlanması, regionlarda mədəniyyətin daha da inkişafına töhvə verəcək layihələrin həyata keçirilməsi tədbirləri üzrə olacaq.

Müsabiqədə iştirak etmək istəyən QHT-lər Mədəniyyət Nazirliyinin Müsabiqə Komissiyasının sədrinə məktub, QHT-nin dövlət qeydiyyatına alınması barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, tədbirin keçirilməsi nəzərdə tutulan mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili, tədbirlə bağlı qarşıya qoyulan vəzifələrin əhatə olunması və gözlənilən nəticələr barədə qısa məlumatlar, tədbirin keçiriləcəyi yer və tarix, tədbirin keçirilməsi ilə bağlı xərclər smetası (müvafiq hesablamalar və əsaslandırıcı sənədlərlə birlikdə), tədbirin təşkilatçıları və iştirakçıları ilə bağlı məlumatlar kimi sənədləri martın 1-dək nazirliyə təqdim etməlidir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

4 2019 11:41 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə