Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səhiyyədə könüllülük fəaliyyəti barədə tələbələrə təlim keçirilib

Səhiyyədə könüllülük fəaliyyəti barədə tələbələrə təlim keçirilib

Bakı 1 nömrəli Tibb Kollecində Azərbaycan Respublikasının Gənclər Fondu və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən XI qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən ”Tibb tələbələri arasında sosial fəaliyyət və könüllülüyün təbliği” layihəsinin növbəti təlimləri keçirilib.

Layihənin rəhbəri Şəhla Mirzəzadə tibb tələbələrinin könüllü fəaliyyətə təşviq olunması, onların arasında sosial fəaliyyət və könüllülüyün əhəmiyyəti barədə məlumat verib.

Təlimin aparıldığı iki gün ərzində tələbələr arasında sosial fəaliyyət və könüllülüyün əhəmiyyəti, layihələrin yazılması və idarə olunması, eləcə də Gənclər Fonduna müraciət qaydaları haqqında interaktiv təlim sessiyaları təşkil olunub.

Ekspert İlahə Mirzəzadə sağlamlıq sahəsində tibb tələbələrinin könüllü çalışmasının əhəmiyyətindən bəhs edib və səhiyyədə könüllülüklə bağlı öz təcrübəsini bölüşüb.

Qeyri-formal təhsil metodları əsasında təşkil olunan təlimlər zamanı tələbələri maraqlandıran suallara cavablar verilib, layihə çərçivəsində çap edilmiş maarifləndirici bukletlər paylanılıb və sertifikatlar təqdim olunub.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti” 

4 2019 11:30 - SƏHİYYƏ
SƏHİYYƏ
16 Noyabr 2019 | 11:57
Diabet: Ailənizi qoruyun!

Köhnə versiyamızdan xəbərləri izlə