Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ümumdünya Səhiyyə Təşkilatının qriplə bağlı yaydığı açıqlama

Ümumdünya Səhiyyə Təşkilatının qriplə bağlı yaydığı açıqlama

Qrip A (H1N1) pdm09 -donuz qripi deyil. Hər il olduğu kimi adi mövsümi qripdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bütün ölkələrdə qrip viruslarına nəzarət edən qlobal nəzarət sistemi (GISRS) mövcuddur. Ölkələrdə olan laboratoriyalar, həmçinin Azərbaycan, viruslara aid məlumatları həmin sistemə daxil edirlər. Mövcud olan qrip, aşağı və orta intensivliyi olan tipik mövsümi qrip hesab edilir.

Gürcüstanda mövsümi qrip ilə bağlı vəziyyət də normal sayılır, çünkü Qrip A(H1N1) pdm09 geniş yayılmış bir virusdur. Qrip, A və B qrip virusları ilə törədilən respirator xəstəlikdir. A qripi virusları asanlıqla dövr edir və bəzən ördək, toyuq, donuz, at, balina və su iti kimi heyvanlar arasında ölümcül xəstəliyə səbəb olur. Bir növdən olan virus bəzən başqa növləri (məsələn quşlardan insana, insandan donuzlara) yoluxdura bilər.

Əgər heç vaxt insanları yoluxdurmayan bir qrip virusu əhalidə davamlı xəstəlik zəncirinə səbəb olarsa, yeni bir pandemiya başlaya bilər. Bu, 2009-cu ildə qrip virusunun donuzdan insana keçdiyi və qrip pandemiyasına səbəb olduğu zaman baş vermişdi. Xoşbəxtlikdən bu çox güclü bir virus deyildir və o, normal bir qrip mövsümündən baş verən ölüm hallarından daha çoxuna səbəb olmamışdır.

Bu pandemiyanın səbəbi A (H1N1) pdm09 qripi idir. 2009-cu ildən, 10 il ərzində digər virus ilə birlikdə (H3N2) mövsümi qripə səbəb olan virusdur.

Qripdən ən yaxşı müdafiə yüksək risk altında hesab edilən qruplar arasında peyvəndin aparılmasıdır. Bunlar 65 yaşdan yuxarı olan insanlar, 5 yaşdan aşağı olan uşaqlar, hamiləliyin hər hansı bir mərhələsində olan hamilə qadınlar, xroniki xəstəlikləri olan şəxslər, səhiyyə işçiləridir.

Fərdi qoruyucu tədbirlər özümüzü qorumaq və ya qripin daha çox yayılmasının qarşısını almaq üçün əlləri müntəzəm olaraq sabunla yumaq, Öskürən və ya asqıran zaman ağız burun nahiyəsini dəsmalla örtmək, ilkin mərhələdə, ozünü yaxşı hiss etmədikdə, izolasiya olmaq, xəstə insanlarla sıx əlaqədə olmamaq, göz, burun və ya ağıza toxunmaqdan qaçmaq  çox vacibdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

4 2019 11:26 - SƏHİYYƏ
SƏHİYYƏ
16 Noyabr 2019 | 11:57
Diabet: Ailənizi qoruyun!

Köhnə versiyamızdan xəbərləri izlə