Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qara ciyər və ana südünə yaxın yulaf suyu...

Qara ciyər və ana südünə yaxın yulaf suyu...

Bir qadının 70 yaşlı ərini qaraciyər sirrozundan xüsusi reseptlə xilas etməsi barədə etirafı mətbuatda da geniş rezonans doğurub. Qaraciyər sirrozunun ciddi xəstəlik olduğunu nəzərə alıb Medicina.az-a istinadən həmin qadının müalicə üsulunu təqdim edək.

Qadın yazır:"Yoldaşım 62 yaşından qaraciyər xəstəliyindən əziyyət çəkirdi. 70 yaşında çatanda vəziyyəti çox ağırlaşdı, həkimlər də əllərini üzmüşdülər. Təcili yardım onu xəstəxanaya da aparmırdı. Onun qaraciyər fermentlərinin sintezi tamam pozulmuşdu, buna görə dili qaralmış, ağzında acılıq əmələ gəlmişdi.

Mən həyat yoldaşımı gözüm görə-görə bu vəziyyətdə itirmək istəmirdim. Ona görə yulaf dəmləməsinə keçdim. Bu resepti mənə bir həkim demişdi”

Deməli, 3 stəkan təmiz yulaf 3 litr qaynar suda termosda dəmlənir. 7--8 saat dəmdə qaldıqdan sonra süzüb, gündə 3 dəfə 1 stəkan olmaqla içilir. 
Hər gün üçün yeni dəmləmə hazırlanmalıdır.

Deyilənlərə görə, II dünya müharibəsində aclıq dövründə südü quruyan qadınlar körpələrə yulaf yarması suyu verirdilər. Bu su faydasına və tərkibinə görə elə ana südünə bərabərdir. 

Qadın yazır: “2 ay bu içkini qəbul etdikdən sonra ərimdə ağız dadı yaxşılaşdı, qaraciyər fermentləri düzəlməyə başladı, dilinin rəngi düzəldi. Ondan sonra uzun müddət həm o, həm də özüm yulaf dəmləməsi içməyə davam etdik”.

Qeyd edək ki, bu dəmləmə çox xəstəliklərin dərmanıdır, insanın immunitetini qaldırır, qaraciyəri təmizləyir, vitamin-mineral ehtiyatını artırır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

2 2019 12:58 -
15 Aprel 2019 | 12:11
Lənkəranda 9 mina tapılıb

Ən son xəbərləri səhifəmizdən də izləyin