Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Uzaq Amerikada Azərbaycanı yaşadan alim

Uzaq Amerikada Azərbaycanı yaşadan alim

Zərifə Musayeva Sabirabad rayonunda dünyaya gəlib. Körpə ikən Bakıya köçüblər. 1984-cü ildə Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki 180 nömrəli məktəbdə orta təhsilini başa vurub. 1985-1990-cı illərdə Leninqrad Dövlət Universitetinin Fəlsəfə fakültəsində ali təhsil alıb. Vətənə dönərək 1992-ci ilədək İnşaat Mühəndisləri İnstitunda siyasi elmlərdən dərs deyib. 1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda, 1996-ci ildən 2007-ci ilin sonunadək Bakı Dövlət Universitetində baş müəllim vəzifəsində çalışıb. 1998-ci ildən fəlsəfə elmləri namizədidir.  Modern.az  saytı onun  Amerika ilə bağlı həyatından yazıb.

Orada  qeyd olunur ki,  Zərrifə xanım 2004-2005-ci illərdə Amerikada Junior Faculty Development Program (JFDP) çərçivəsində 1 illik təcrübə keçib. 2008-ci ildə ABŞ-a ikinci dəfə gəlir. Fəlsəfə elmindən alimlik dərəcəsi olsa da, bir il Şimali Kolarado Universitetində təhsil alaraq, gerontologiya üzrə magistr elmi dərəcəsinə yiyələnir. 2009-cu ildə Kaliforniya ştatına, işləməyə dəvət alıb. Elə o vaxtdan da bu ştatın San Xose şəhərində yaşayır. 2009-2013-cü illərdə yaşlılar üçün günboyu qayğı mərkəzində sosial işçi kimi fəaliyyət göstərib. 2012-2015-ci illərdə San Xose Dövlət Universitetində təhsil alaraq sosial işlər üzrə ikinci magistr dərəcəsinə yiyələnib. 2015-2018-ci illərdə yenidən yaşlılara qayğı ilə əlaqədar işdə çalışıb. 2018-ci ildən Santa Clara Family Health Plan dövlət tibbi sığorta idarəsində sosial işçi vəzifəsində işləyir.

Zərifə xanım Azərbaycanla bağlı xeyli işlər görüb - bayram şənlikləri, mədəniyyət günləri, ailə axşamları, pikniklər, musiqi gecələri bu qəbildən olan tədbirlərdəndir.

Vitse-prezidenti olduğu "Azərbaycan Mədəniyyəti Cəmiyyəti" xeyli uğurlara imza atıb, Xocalı, Türklərin soyqrımı günlərində ştatın paytaxtı Sakramento şəhərində yürüşlər təşkil edib, Palo Alto şəhərinin ictaimai televiziyasında Xocalı soyqrımı ilə bağlı müxtəlif sənədli filmlərin nümayişinə nail olub. Artıq bir neçə ildir ki, bu filmlər ictimaiyyətə təqdim olunur.

 On bir ildir ABŞ-da yaşamasına baxmayaraq, Azərbaycan sevgisi onu bir an belə tərk etməyib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

2 2019 11:24 - ELM
ELM
3 İyul 2019 | 12:29
Şəfəq ƏLİBƏYLİ-70

Köhnə versiyamızdan xəbərləri izlə