Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Kitabxanada “Məhəmməd Əmin Rəsulzadə - 135” və “Əli Tudə-95” adlı kitab sərgiləri açılmışdır

Milli Kitabxanada “Məhəmməd Əmin Rəsulzadə - 135” və “Əli Tudə-95” adlı kitab sərgiləri açılmışdır

Azərbaycan Milli Kitabxanasında ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş, Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən biri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 illiyi münasibətilə “Məhəmməd Əmin Rəsulzadə - 135” adlı geniş kitab sərgisi açılmışdır.

Sərgidə Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan və xarici dillərdə nəşr olunmuş  müəllifi olduğu əsərləri, haqqında yazılmış kitablar, dövri mətbuat materialları nümayiş olunmuşdur.

Daha bir kitab sərgisi, Əməkdar incəsənət xadimi, şair Əli  Qulu oğlu Cavadzadənin (Əli Tudə) anadan olmasının 95 illiyinə  həsr olunmuşdur.Sərgidə şairin Azərbaycan və digər dillərdə nəşr olunmuş əsərləri, haqqında yazılmış kitablar, dövri mətbuat materialları sərgilənmişdir.

 

M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti”

2 2019 11:01 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Sentyabr 2019 | 11:27
Azərbaycan kinosu günləri
19 Sentyabr 2019 | 15:36
Muzeyin 25 illiyi qeyd olunub

Köhnə versiyamızdan xəbərləri izlə