Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda Beynəlxalq Memarlıq Forumu keçiriləcək

Bakıda Beynəlxalq Memarlıq Forumu  keçiriləcək

Son illər ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanda həyata keçirilən quruculuq və abadlıq işləri, xüsusən Bakı şəhərində tikilən yeni infrastruktur layihələr ölkəmizin bir neçə beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə səbəb olmuşdur.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə bir sıra beynəlxalq tədbirlər həyata keçirilmiş və Azərbaycanın mədəniyyəti, mədəni irs nümunələri, multikultural dəyərlər, mədəniyyətlərarası dialoq modelləri geniş təbliğ edilmişdir.

Görülən işlərin davamı olaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Memarlar İttifaqı dəstəyi ilə Beynəlxalq Memarlar İttifaqının  (BMİ) cari ilin 7-11 iyun tarixlərində Bakı şəhərində “Tarixi şəhərlərdə kütləvi turizm” mövzusunda Beynəlxalq Memarlıq Forumu və “Mədəni irs şəhərləri və turizm çağırışları” adlı  IV Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi keçiriləcəkdir.

Forum çərçivəsində tarixi şəhərlərdə kütləvi turizm nəticəsində baş verə biləcək problemlərin həlli yolları müzakirə ediləcək, tarixi şəhərlər və turistlər arasında ahəngə nail olmaq üçün memarların, eləcə də səlahiyyətli şəxslərin müzakirə dialoqu yaradılacaqdır.

IV Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi əsas məqsədi isə mükəmməl layihələndirmə və məsuliyyətli planlaşdırılma metodlarını, mədəni irs yerlərində və tarixi əhəmiyyətə malik yerlərdə turizmin inkişafını əks etdirən layihələri (təklif olunan və həyata keçirilən) tanıtmaqdır. Bu, turistlərin yerləşdirilməsi, tarixi əhəmiyyətli yerlərin və obyektlərin təfsir edilməsi və ya açılması üçün yeni imkanlar yarada bilər, eləcə də mövcud binaların turizm məqsədləri üçün uyğun şəkildə yenidən istifadəsinə yol aça bilər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

2 2019 10:53 -
15 Aprel 2019 | 12:11
Lənkəranda 9 mina tapılıb

Ən son xəbərləri səhifəmizdən də izləyin