Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN  RESPUBLİKASI NAZİRLƏR  KABİNETİNİN QƏRARI

№ 30    Bakı şəhəri, 31 yanvar 2019-cu il


Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli  636 nömrəli və “Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında” 2004-cü il 30 sentyabr tarixli 145 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması, bu istiqamətdə görülən tədbirlərin səmərəliliyinin artırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 27 dekabr tarixli 636 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci və 5-ci hissələrdən “, kolxozlar” sözü, 2-ci hissədən “, kolxozlardan” sözü çıxarılsın və 5-ci hissədə “miqdarının hesablanması üçün nırx” sözləri “hesablanması üçün miqdar” sözləri ilə əvəz edilsin;
1.2. həmin Qərarla təsdiq edilmiş 1-7 nömrəli əlavələr yeni redaksiyada təsdiq edilsin (əlavə olunur);
1.3. həmin Qərarla təsdiq edilmiş 8 nömrəli əlavə - “Meşənin yandırılması, odla ehtiyatsız rəftar edilməsi, axar sular, kimyəvi maddələr, sənaye, kommunal-məişət və digər tullantılarla meşənin, tək-tək və qrup halında olan ağac və kolların zədələnməsi və ya məhv edilməsi, həmçinin quruyacaq və yaxud xəstələnəcək dərəcəyə gətirilməsi, habelə lazımi icazə alınmadan dövlət meşə fondu torpaqlarında tikinti işlərinin aparılması, ağac emalı və digər işlərin görülməsi nəticəsində vurulmuş ziyanın miqdarının hesablanması Qaydaları”nın 1-ci hissəsinin ikinci abzasında “nırxının” sözü “dəyərinin” sözü ilə əvəz edilsin.
2. “Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 145 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 757) 1-ci hissəsi ləğv edilsin.

 

Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 31 yanvar

tarixli 30 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

1 nömrəli əlavə

 

 

Meşələrin bərpası işləri üçün  nəzərdə tutulan sahələrdə meşə əkinlərinin, təbii yeniyetmələrin və  cücərtilərin  məhv edilməsi  və ya zədələnməsi nəticəsində vurulmuş zərərə görə ödənişlər

 

Məhv edilmiş və ya zədələnmiş meşə əkinləri, təbii yeniyetmələr  və cücərtilər

Hər hektar üçün ödənilən zərərin məbləği (manatla)

dövlət qoruqları, kurort, xüsusi qiymətli meşə massivləri, dövlət qoruyucu meşə zolaqlarışəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələrində və meşəparklarda

digər kateqoriyalardan olan meşələrdə

1.   5 yaşınadək (5 yaş daxil olmaqla):

 

 

1.1. suvarılan torpaqlarda

280

220

1.2. dəmyə torpaqlarda

240

200

2.  6-10 yaşında:

 

 

2.1. suvarılan torpaqlarda

400

270

2.2. dəmyə torpaqlarda

300

220

 

 

Qeydlər:

1. Qaraçöhrə, şümşad, dəmirağacı, ipək akasiyası, qoz, şabalıd, badam, armud, zoğal, sərv və çinar cinslərindən ibarət meşə əkinləri, təbii yeniyetmələr və cücərtilər, habelə meşə toxumluq sahələri üçün ayrılmış meşə əkinləri və cavan bitkilər məhv edildikdə və ya zədələndikdə, zərərin miqdarı yuxarıdakı cədvəlin ikinci sütununa uyğun iki dəfə artırılmaqla hesablanır.

2. Eldar şamı, palıd və digər enliyarpaqlı meşə əkinləri, təbii yeniyetmələr və cücərtilər məhv edildikdə və ya zədələndikdə, ödənilən zərərin miqdarı yuxarıdakı cədvəlin ikinci sütunundakı məbləğ üzrə, xüsusi qiymətli meşə massivləri, dövlət qoruyucu meşə zolaqları və şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələrində, meşəparklarda yol verilmişdirsə, həmin məbləğin 1,5 misli qədər hesablanır.

3.

4. Cücərti – təbii halda ağac və kol toxumundan əmələ gəlmiş beş yaşadək (5 yaş daxil olmaqla) ağac və kollar nəzərdə tutulur.

 

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 31 yanvar

tarixli 30 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

2 nömrəli əlavə

 

 

Meşə tingliklərində toxmacar və tinglərin məhv edilməsi və ya

zədələnməsi nəticəsində vurulmuş zərərə görə ödənişlər

 

 

Məhv edilmiş və ya zədələnmiş

toxmacar və ting növləri

Ölçü vahidi

Ödənilən zərərin məbləği (manatla)

1. Səpin və böyütmə sahələrində:

 

 

1.1. biryaşlı toxmacarlar

1 hektar

1500

1.2. ikiyaşlı toxmacarlar

1 hektar

1650

1.3.  üç yaşınadək enliyarpaqlı cinslərin tingləri

100 ədəd

60

1.4. üç yaşınadək iynəyarpaqlı cinslərin, qoz-fındıq və çinar tingləri

100 ədəd

90

1.5. gilə və çəyirdəkli cinslərdən calaq edilmiş birillik tinglər

100 ədəd

60

1.6. üç və daha çox yaşlı tinglər

100 ədəd

80

2. Plantasiyalarda:

 

 

2.1. bütün cinslərdən olan tinglər:

 

 

2.1.1. biryaşlı

100 ədəd

35

2.1.2. ikiyaşlı

100 ədəd

50

2.1.3. üçyaşlı

100 ədəd

70

 

 

Qeydlər:

1. Qoz-fındıq və sərv toxmacarları məhv edildikdə və ya zədələndikdə, alınacaq zərər yuxarıdakı cədvəlin üçüncü sütununda göstərilən məbləğdən ikiqat çox hesablanır.

  1.  Toxmacar – tingliyin səpin sahəsində yetişdirilən əkin materialıdır.

3. Ting – tingliyin böyütmə sahəsində yetişdirilən əkin materialıdır.

4. Böyütmə sahəsi – səpin sahəsindən çıxarılaraq ting yetişdirmək üçün toxumacarlar əkilmiş ərazidir.

5. Tinglik – əkin materiallarının yetişdirilməsi üçün ayrılmış xüsusi ərazidir. Səpin, böyütmə və plantasiya sahələrindən ibarətdir.

6. Plantasiya – ağac çiliklərinin kökləndirilməsi üçün istifadə edilən sahədir.

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 31 yanvar

tarixli 30 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

3 nömrəli əlavə

 

Meşələrdə və meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaqlarında biçənək və otlaq sahələrinə vurulmuş zərərə görə ödənişlər

 

                                               

 

 

Meşələrdə və meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaqlarında qanunsuz ot çalınması,        mal-qara otarılması, biçənəklərin və otlaq sahələrinin zədələnməsi və  ya korlanması

 

Ödənilən zərərin məbləği

(manatla)

dövlət qoruqları, kurort, xüsusi qiymətli meşə massivləri, dövlət qoruyucu meşə zolaqlarışəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələrində və meşəparklarda

 

 

 

digər kateqoriyalardan olan meşələrdə

1

2

3

1. Qanunsuz ot çalındıqda, hər hektar üçün:

 

 

1.1. biçənək və otlaq sahələri:

 

 

1.1.1. səpilmiş otlar

140

130

1.1.2. yaxşılaşdırılmış təbii otlar

80

70

1.1.3. yaxşılaşdırılmamış təbii otlar  (bataqlaşmış sahələrdən başqa)

44

36

1.2. bataqlaşmış sahələr

34

22

1.3. biçənək və otlaq sahələrindən kənar

66

56

2. Zədələnmiş və ya korlanmış biçənək və otlaq sahələrinin hər hektarı üçün:

 

 

2.1. səpilmiş otlar

1000

940

1

2

3

2.2. yaxşılaşdırılmış təbii otlar

680

550

2.3. yaxşılaşdırılmamış təbii otlar (bataqlaşmış otlardan başqa)

440

400

2.4. bataqlaşmış otlar

300

240

3. Qanunsuz mal-qara otarıldıqda hər 10 baş heyvan üçün:

 

 

3.1. biçənək və otlaq sahələri:

 

 

3.1.1. iki yaşından yuxarı qaramal və atlar

56

44

3.1.2. iki yaşınadək iri və xırdabuynuzlu mal-qara və atlar

22

18

3.1.3. keçilər

44

36

3.2. biçənək və otlaq sahələrindən kənar:

 

 

3.2.1. iki yaşından yuxarı qaramal və atlar

88

66

3.2.2. iki yaşınadək iri və xırdabuynuzlu mal-qara və atlar

36

22

3.2.3. keçilər

80

44

 

 

Qeydlər:

1. Səpilmiş otlar – müəyyən ərazidə ot toxumunun səpilməsi nəticəsində əmələ gəlmiş otlaqlardır.

2. Yaxşılaşdırılmış otlar – aqrotexniki tədbirlər həyata keçirilmiş otlaqlar (paxlalı otların toxumunun səpilməsi, üzvi mineral gübrələrin tətbiqi və s.) deməkdir.

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 31 yanvar

tarixli 30 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

4 nömrəli əlavə

 

 

Ağac və kolların boy artımının və inkişafının dayanmasına səbəb olmadan zədələnməsi nəticəsində vurulmuş zərərə görə ödənişlər

 

 

Ağac və kolların boy artımının və inkişafının dayanmasına səbəb

olmadan zədələnməsi

Ödənilən zərərin məbləği         (manatla)

dövlət qoruqları, kurort, xüsusi qiymətli meşə massivləri, dövlət qoruyucu meşə zolaqlarışəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələrində və meşəparklarda

 

 

digər kateqoriyalardan olan meşələrdə

Yaşı 10-dan yuxarı olan korlanmış (boy artımının və inkişafının dayanmasına səbəb olmadan):

 

 

hər 10 ağac üçün

36

22

hər 10 kol üçün

22

18

 

 

Qeydlər:

1. Zədələnmiş (boy artımının və inkişafının dayanmasına səbəb olmadan) hər bir ipək akasiyası, qoz, şabalıd, badam, armud, zoğal, sərv, çinar, habelə iynəyarpaqlı ağac və kollar üçün bütün meşələrdə ödənilən zərərin miqdarı yuxarıdakı cədvəlin ikinci sütunundakı miqdar iki dəfə artırılmaqla hesablanır.

2. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş, habelə nadir və növü kəsilmək təhlükəsi qarşısında olan ağacların və kolların qanunsuz zədələnməsi (boy artımının və inkişafının dayanmasına səbəb olmadan) nəticəsində vurulmuş zərərə görə ödənişlər yuxarıdakı cədvəlin ikinci sütunundakı məbləğ beş dəfə artırılmaqla hesablanır.

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 31 yanvar

tarixli 30 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

5 nömrəli əlavə

 

Qadağan edilən sahələrdə meşə sərvətlərinin tədarükü və yığılması nəticəsində meşə təsərrüfatına vurulmuş zərərə              görə ödənişlər

 

Qadağan edilən sahələrdə meşə sərvətlərinin tədarükü və yığılması nəticəsində meşə təsərrüfatına vurulmuş zərərə görə ödənişlər 

Ödənilən zərərin məbləği (manatla)

1. Hər kiloqramı üçün:

 

yabanı (cır) meyvələr (alma, armud, zoğal, alça və s.)

1

peyvənd meyvələr (alma, armud, zoğal, alça və s.)

2

itburnu

2

çaytikanı

3

digər dərman bitkiləri

2

şabalıd

2

fındıq

2

qoz

3

fıstıq toxumu

1,50

palıd

1

cökə

1,50

2. Hər yığım kubmetr üçün:

 

qamış, qarğı, meşə döşənəyi və tökülmüş yarpaqlar

0,50

 

 

Qeyd. Meşələrdə bar gətirən meyvə ağaclarının məhsulunu qanuni əsas olmadan əldə edən şəxs, həmin məhsulu geri qaytarmalıdır. Əsassız əldə edilmiş məhsulu eynilə qaytarmaq mümkün olmadıqda, dəymiş zərərin məbləği hüquq pozuntusu baş vermiş tarixdə dövlət tərəfindən tənzimlənən qiymətlərlə, dövlət tərəfindən tənzimlənmədiyi hallarda isə sərbəst satış qiymətləri ilə hesablanır.

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 31 yanvar

tarixli 30 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

6 nömrəli əlavə

 

Meşə fondu torpaqlarında məhdudlaşdırıcı nişanların (sərhəd, kvartal və digər göstərici dirəklərin) məhv edilməsinə və ya zədələnməsi nəticəsində meşə təsərrüfatına vurulmuş zərərə görə ödənişlər

 

Məhv edilmiş və ya zədələnmiş məhdudlaşdırıcı nişanlar (sərhəd, kvartal

və digər göstərici dirəklər)

Məhv edilmiş və ya zədələnmiş hər məhdudlaşdırıcı nişan üçün ödənilən zərərin məbləği

(manatla)

Sərhəd və kvartal dirəkləri

9

Vizir və təsərrüfat (qırılacaq meşə sahəsi             və s.) dirəkləri

4,50

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 31 yanvar

tarixli 30 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

7 nömrəli əlavə

 

Ağacların və kolların qanunsuz kəsilməsi və ya zədələnməsi (boy artımının dayandırılmasına səbəb olan) nəticəsində vurulmuş zərərə görə ödənişlər 

 

 

Ağacların və kolların qanunsuz kəsilməsi və ya zədələnməsi (boy artımının dayandırılmasına

səbəb olan)

Ödənilən zərərin məbləği

(manatla)

dövlət qoruqları, kurort, xüsusi qiymət-li meşə massivləri, dövlət qoruyucu meşə zolaqlarışəhərlərin və digər yaşayış məntəqələ-rinin ətrafındakı yaşıllıq zonalarının meşələrində və meşəparklarda

 

 

digər kateqoriyalardan olan meşələrdə

1. Diametri 4 santimetrə-dək (4 santimetr də daxil olmaqla):

1

1

1.1.                4,1-8

3

1

1.2.               8,1-12

4

3

1.3.              12,1-18

7

6

1.4.              18,1-20

8

7

1.5.              20,1-24

11

10

1.6.              24,1-28

16

11

1.7.              28,1-32

18

15

1.8.              32,1-38

22

18

1.9.              38,1-40

28

22

1.10.            40,1-44

40

33

1.11.            44,1-48

50

40

1.12.            48,1-52

60

50

2. Diametri 52 santimetr-dən yuxarı hər santimetr üçün:

50

33

2.1. kol cinslərinin hər biri üçün

3

3

 

Qeydlər:

1. Qoz, evkalipt, armud, zoğal, enliyarpaq ağcaqayın, çinar, tozağacı, ardıc, habelə iynəyarpaqlı ağac və kolların qanunsuz kəsilməsi və ya zədələnməsi (boy artımının dayandırılmasına səbəb olan) nəticəsində dəymiş zərərin miqdarı yuxarıdakı cədvəlin ikinci sütunundakı məbləğ iki dəfə artırılmaqla, digər enliyarpaqlı, qozmeyvəli və meyvə ağaclarının qanunsuz kəsilməsi və ya zədələnməsi (boy artımının dayandırılmasına səbəb olan) nəticəsində dəymiş zərərin miqdarı isə yuxarıdakı cədvəlin ikinci sütunundakı məbləğ üzrə hesablanır.

Külək, qar və başqa səbəblərdən sınmış və ya yerə yıxılmış ağac və kolların mənimsənilməsi və köküstə olan quru ağac və kolların qanunsuz kəsilməsi hallarında bu əlavədə göstərilən miqdar tətbiq edilmir. Belə hallarda meşə təsərrüfatına dəyən zərər köküstə oduncaq buraxılışının mövcud miqdarın birinci dərəcəsinin ikiqat misli qədər hesablanır.

2. Qanunsuz gətirilmiş oduncağın hansı meşə sahəsində kəsilməsini müəyyən etmək mümkün olmadıqda, meşə qanunvericiliyini pozanlar qanunsuz gətirilmiş oduncaq müsadirə edildiyi halda, həmin oduncağın köküstə buraxılışının mövcud məbləğinin birinci dərəcəsinin üç misli qədər, müsadirə edilmədiyi halda isə həmin məbləğin dörd misli qədər ödəyirlər.

3. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş, habelə nadir və növü kəsilmək təhlükəsi qarşısında olan ağacların və kolların qanunsuz kəsilməsi və ya zədələnməsi (boy artımının dayandırılmasına səbəb olan) nəticəsində vurulmuş zərərə görə ödənişlər yuxarıdakı cədvəlin ikinci sütunundakı məbləğ beş dəfə artırılmaqla hesablanır.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə