Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Albaniya Prezidenti martda Bakıya gələcək

Albaniya Prezidenti martda Bakıya gələcək

Albaniya prezidenti İlir Meta mart ayında Bakıya gələcək.

Trend-in məlumatına görə, Albaniya prezidenti martın 14-16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VII Qlobal Bakı forumunda iştirak edəcək.

Qeyd edək ki, mart ayının 14-16-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı forumu keçiriləcək. Forumda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. VII Qlobal Bakı forumunun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq.

Forumda “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamli inkişaf çağırışları”, “Təhlükəsizlik naminə Orta Şərq əməkdaşlığı”, “Müasir qərarlarin qəbul edilməsində elm və mədəniyyətin rolu” və digər mövzularda panel iclasları keçiriləcək. Forumun əsas panel iclaslarındn biri də gənc liderlərin qlobal siyasətdə roluna həsr olunacaq.

Forumda dünyanın tanınmış dövlət adamları, siyasətçilər, nüfuzlu ictimai xadimlər iştirak edəcəklər. Tədbirə bir sıra ölkələrin sabiq və hazırkı dövlət və hökumət başçıları da qatılacaq.

1 2019 16:40 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə