Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Moskva ABŞ-ın ultimatumuna reaksiya verdi

Moskva ABŞ-ın ultimatumuna reaksiya verdi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov orta və kiçikmənzilli raketlərin ləğv edilməsi  ilə bağlı müqavilə üzrə ABŞ-ın verdiyi ultimatumun müddətinin başa çatmasını şərh edib.

Bu barədə “İnterfaks” məlumat yayıb.

“Çox güman, fevralın 2-də ABŞ-dan bizə hansısa bildiriş daxil olacaq”, - deyə Peskov bildirib.

Kreml rəsmisi ABŞ hakimiyyətinin konstruktiv dialoqda maraqsız olduğunu dilə gətirib. Onun sözlərinə görə, Orta və kiçikmənzilli raketlərin ləğv edilməsi ilə bağlı müqavilənin “istismardan çıxarılması” qərarı çoxdan verilib.

Peskov Vaşinqtonun yaxın zamanda öz planlarını gerçəkləşdirməyə başlayacağına əmin olduğunu bildirib.

1987-ci ildə ABŞ və Rusiya arasında imzalanmış müqavilə radiusu 500-dən 5500 km-ə qədər olan ballistik və qanadlı raketlərin istismarını və saxlanılmasını qadağan edir. 1991-ci ilə kimi bütün raketlər utilizasiya edilib. Ancaq 2014-cü ildə amerikalılar Rusiyanın 9M729 qanadlı raketinin 500 km-dən uzaqda olan hədəfləri vura bildiyini, ona görə müqavilənin tələblərini pozduğunu iddia edib. Rusiya sonradan bu iddiaları rədd edərək raketin təsir dairəsinin cəmi 480 km olduğunu bildirib.

Qeyd edək ki, Vaşinqtonun bu həftəsonu sözügedən müqavilənin qüvvədən düşdüyünü elan edəcəyi gözlənilir.

 

Anar Əliyev,
“Xalq qazeti"

1 2019 15:09 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə