Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə əhalisinin sayı artıb

Türkiyə əhalisinin sayı artıb

2018-ci ildə Türkiyədə əhalinin sayı 2017-ci il ilə müqayisədə 1,193 milyon nəfər artaraq 82,3 milyon nəfər təşkil edib.

Bu barədə Türkiyənın Statistika İnstitutu məlumat yayıb.

2018-ci ilin yekun göstəricilərinə əsasən, əhalinin 50,2 faizi (41 milyon 140 min) kişi, 49,8 faizi (40 milyon 864 min) qadın olub.

Əhalinin 7,7 faizi kəndlərdə, 92,3 faizi şəhərlərdə yaşayır. Şəhər əhalisinin 18,4 faizi (15 milyon 68 min) İstanbulda yaşayır. Ankara 5,4 milyon əhali ilə ikinci, İzmir 4,3 milyon sakinlə üçüncü yeri tutur. Türkiyədə sayı 4 milyona çatan suriyalı qaçqınlar nəzərə alınarsa. ölkədə 86 milyondan çox əhali yaşayır.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

1 2019 14:38 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə