Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Piter Teys: Boltonun telefon zəngi Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında maraqlı olduğunu göstərir

Piter Teys: Boltonun telefon zəngi Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında maraqlı olduğunu göstərir

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi Vaşinqtonun Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında maraqlı olduğunu göstərir.

Bunu Trend-ə Transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys deyib. Onun sözlərinə görə, bu addım Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi, eləcə də regionda və onun hüdudlarından kənarda təhlükəsizlik məsələlərinin həlli üçün yaxşı imkandır: “Con Boltonun telefon zəngi Vaşinqtonun Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında maraqlı olduğunu göstərir. Prezident Donald Trampın administrasiyası növbəti dəfə Ermənistan qoşunları tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə diqqət nümayiş etdirdi”.

ABŞ və Azərbaycan arasında münasibətlərin əhəmiyyətindən danışan ekspert vurğulayıb ki, iki ölkə arasında ənənəvi ittifaq Qafqaz regionunda vəziyyətin sabitləşməsinə, Azərbaycanın suverenliyinin dəstəklənməsinə xidmət edir: “Azərbaycan dünyanın iri iqtisadiyyatlarının etibarlı tərəfdaşıdır. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla reallaşdırılması Azərbaycanı regionda aparıcı müttəfiqə və Avrasiya nəqliyyat yolları üzərində əsas tərəfdaşa çevirib”.

1 2019 14:27 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə