Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət naziri italiyalı kinematoqrafçılarla görüşmüşdür

Mədəniyyət naziri italiyalı kinematoqrafçılarla görüşmüşdür

Mədəniyyət naziri Əbülfəs Qarayev İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalının sədri, italiyalı aktyor Rimo Gironenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Nazir iki ölkə arasında mədəniyyət sahəsində əlaqələr və əməkdaşlığın gələcək perspektivlərindən danışaraq, ilk dəfə keçirilən bu festivalın kinematoqrafiya sahəsində əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyini və bu kimi tədbirlərin qarşılıqlı mədəni mübadilə üçün şərait yaratdığını vurğulamışdır.

Görüşdə Mədəniyyət Nazirliyi və İtalyanın film istehsalı şirkətləri olan “İmago Group”, “United Cultures” və “Sandro Teti” Nəşriyyat Evinin birgə dəstəyi ilə keçirilən festivalın İtaliya və Azərbaycan kino sənayesinin təbliğ və inkişaf etdirilməsinə xidmət etdiyi qeyd olunmuşdur. Həmçinin, birgə əməkdaşlıq məsələləri müzakirə edilmiş, ölkələr arasında yeni layihələrin həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılmışdır .

Nəşriyyat Evinin təsisçisi Sandro Teti səmimi qəbula görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirmiş, Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlığın bundan sonra da inkişafına inamını ifadə etmişdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

1 2019 12:53 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə