Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Amerikalıları heyrətləndirən azərbaycanlı rəssam

Amerikalıları heyrətləndirən azərbaycanlı rəssam

Azərbaycanlı  gənc rəssam Könül Kəngərli Azərbaycan rəssamı Bəhruz Kəngərlinin nəslindəndir. Hazırda  ABŞ-da yaşayır. Könül Kəngərli Sumqayıtda anadan olub. 2007-ci ildə həmin şəhərin 12 nömrəli orta məktəbini bitirib və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olunub. 2011-ci ildə orada bakalavr, 2014-cü ildə isə magistr dərəcələrinə yiyələnib. O vaxtdan müstəqil rəssam kimi fəaliyyətə başlayıb. Azərbaycanda, Türkiyədə, Serbiyada keçirilən sərgilərdə əsərləri ilə iştirak edib, eləcə də müştərilərin sifarişi ilə rəsmlər çəkərək fərdi bizneslə də məşğul olub…

...2017-ci ildən ABŞ-a gəlib. Qısa müddətdə xeyli uğurlara imza atıb. Rəssamlığa, rəssama yüksək qiymət verən Amerika cəmiyyəti onun da dəyərini verə bilib. Əsərləri bestseller olub, yüksək qiymətə alınıb…

Texasda olarkən, ilk dəfə əsərlərini Galveston adasında fəaliyyət göstərən rəsm qalereyasına təqdim edib və çox rəğbətlə qarşılanıb. Orada Könül xanımdan hansı ölkədən gəldiyini soruşanda, fəxrlə ölkəmizin adını çəkərək, amerikalılara tanıtmağa çalışıb. Bir müddət sonra ailəsi ilə Nyu Yorka gəlib. Burada ABŞ-ın ən böyük online əl işləri platformasında iki dükan açıb və 2018-ci ildə əsərləri ən çox satılan rəssam kimi tanınıb. Həmin il çəkdiyi 16 fərqli əsərini ondan dəfələrlə sifariş ediblər…

Könül  xanım  Modern.az  saytındakı  müsahibəsində  deyib ki, "Azərbaycanda mənim kimi, məndən də istedadlı gənc rəssamlar çoxdur. ABŞ-a gələndən sonra gördüm ki, bizim rəssamlar heç də amerikalı rəssamlardan istedadsız deyillər. Amma Azərbaycan bir ölkə kimi balaca olduğundan burada yüksək nəticələr əldə etmək şansı çox azdır. Amerikada isə rəssamlar üçün hər bir şərait var. Dünya səviyyəli sərgilərə qatılmaq imkanı isə həmişə səninlədir"…

 

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

1 2019 12:19 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Sentyabr 2019 | 11:27
Azərbaycan kinosu günləri
19 Sentyabr 2019 | 15:36
Muzeyin 25 illiyi qeyd olunub

Köhnə versiyamızdan xəbərləri izlə