Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağstafada heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinələrin icrasına başlanılıb

Ağstafada heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinələrin icrasına başlanılıb

Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Ağstafa rayonunda da saxlanılan heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib. Tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır.

Hazırda Dövlət Baytarlıq Xidmətinin Ağstafa Rayon Baytarlıq İdarəsi ayrı-ayrı şəxsi təsərrüfatlarda saxlanılan heyvanlarda xəstəliklərə qarşı peyvəndləmə tədbiri aparıb, eləcə də müayinə məqsədilə qan nümunəsi götürüb.

Tədbirlər çərçivəsində baytar mütəxəssislər vətəndaşlar arasında maariflənmə işləri aparır, heyvanların yemlənmə, bəslənmə şəraitinin yaxşılaşdırılması və zoobaytar tələblərə ciddi əməl olunması ilə bağlı müvafiq məsləhət və tövsiyələr verirlər.

Epizootik tədbirlər planına uyğun olaraq bundan sonra isə Ağstafa rayonunda ev quşları arasında profilaktik peyvəndləmə tədbirləri aparılacaqdır. Həmçinin həssas heyvanlar arasında  xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə qan nümunələrinin alınması, müayinələrin aparılması nəzərdə tutulur. 

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, “soyuq zəncir” rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

1 2019 11:29 - SƏHİYYƏ
SƏHİYYƏ
16 Noyabr 2019 | 11:57
Diabet: Ailənizi qoruyun!

Köhnə versiyamızdan xəbərləri izlə