Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Milli Şura" növbəti dəfə iflasa uğradı: Vətəndaşlar Əli Kərimli və dəstəsinin çağırışlarını qulaqardına vurdular

Yanvarın 19-da Yasamal rayonundakı İdman-sağlamlıq kompleksinin stadionunda (keçmiş “Məhsul”) uzun illərdən bəri iki minlik baryeri aşaraq 2800 adam toplayan radikal müxalifət növbəti addımı ilə sosial bazasının olmadığını cəmiyyətə bir daha nümayiş etdirdi.

On gündən artıqdır sosial şəbəkələr və başqa vasitələrlə Məhəmməd Əmin Rəsulzadənin ildönümünü “möhtəşəm aksiya”ya çevirəcəklərini bəyan edən özünü "Demokratik Qüvvələrin Milli Şurası" adlandıran qurum, Müsavat, AXCP və digər partiyalar M.Ə.Rəsulzadənin abidəsinin yanına cəmi 100-150-yə yaxın adam yığa bildilər.

Jurnalistlərin müşahidəsinə əsasən, AXCP sədri Əli Kərimli və “Milli Şura” rəhbərliyi heykəlin yanına 100 nəfərdən bir az artıq adamla gəliblər. Yerdə qalan “möhtəşəm partiya” sədrləri isə tədbirə hərəsi bir cangüdənlə qatılıblar.

Trend-in Azərbaycan xəbərlər xidməti  bildirir ki, bu faktın özü radikal müxalifətin nə dərəcədə miskin və acınacaqlı durumda olduğunu əyani şəkildə nümayiş etdirir. Ağızdolusu “xalqın dəstəyi” barədə danışan “liderciklər” bütün hazırlıqlarına baxmayaraq, özlərini gülünc duruma salıblar.

Bundan öncə, yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edən zaman süni şəkildə qarşıdurma yaratmış Əli Kərimli internet mediaya onunla xiyabana gələn “on minlərlə” adamın qarşısının necə alınmasından danışmışdı. O, utanmadan deyirdi ki, polis qəsdən “Milli Şura”nın tərəfdarlarını qrup şəklində Şəhidlər xiyabanına buraxır ki, az görünsünlər.

Görəsən “Milli Şura” M.Ə.Rəsulzadənin heykəlinin yanına o "10 minlər"i niyə aparmayıb və cəmi 120-130 adamla gəlib? Axı polis onlara heç bir maneçilik törətməmişdi. Bütün bunlar göstərir ki, Əli Kərimli, Cəmil Həsənli və digər radikal müxalifət başçılarının dedikləri ağ yalan və ictimaiyyətin çaşdırılmasına yönəlmiş ucuz təbliğatdan başqa bir şey deyil.

31 2019 17:52 - CƏMİYYƏT
CƏMİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin