Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazirlik: Azərbaycanda 12 mindən çox şəhid ailəsinin təqaüdü artırılıb

Nazirlik: Azərbaycanda 12 mindən çox şəhid ailəsinin təqaüdü artırılıb

Bu il fevralın 1-dən şəhid ailələrinə verilən prezident təqaüdünün məbləği artırılır.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli brifinq zamanı deyib. O bildirib ki, təqaüdün məbləği 58 manat artırılaraq 300 manata çatdırılıb.

Müşavir qeyd edib ki, ötən müddət ərzində şəhid ailələrinə və müharibə veteranlarına 6654, o cümlədən 2018-ci ildə 626 mənzil verilib ki, bu da nəzərdə tutulandan 3 dəfə çoxdur:

“2019-cu ildə bu vətəndaşlara minimum 800 mənzil veriləcək. Dövlət başçısının 30 yanvar tarixli fərmanına əsasən 12 mindən çox şəhid ailəsinin təqaüdləri artırlacaq”.

M.Abbasbəyli əlavə edib ki, 2007-ci ildən etibarən şəhid ailələrinə verilən təqaüdlərin məbləği ümumilikdə 3 dəfə artırılıb.

31 2019 16:46 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə