Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət rüsumunun öyrənilməsi asanlaşdırılır

Dövlət rüsumunun öyrənilməsi asanlaşdırılır

Vətəndaşlar kadastrla bağlı xidmətlərə müraciət etməzdən öncə dövlət rüsumu və xidmət haqqının miqdarını öyrənə bilər. Bu, Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlərindən biri olan “Kadastr kalkulyatoru” ilə mümkündür.

Komitədən verilən məlumata görə, informativ xidmətlə vətəndaşlar, fiziki və hüquqi şəxslər onlayn qaydada dövlət rüsumu və xidmət haqqını hesablaya bilir.

Bu, elektron xidmət istifadəçiyə “Kadastr planlarının və yerquruluşu xəritələrinin tərtibi” və “Torpaqların inventarlaşdırılması və müayinə baxış aktlarının tərtibi” ilə bağlı tələb olunan xidmət haqqı və dövlət rüsumunu öyrənmək imkanı verir. Vətəndaşın öncədən kadastr xidmətləri ilə bağlı qanunvericiliyə uyğun olaraq ödəyəcəyi məbləğlə tanış olması prosesdə şəffaflığı artırır, şəxsi seçiminə uyğun daha düzgün qərarı verməsini təmin edir.

Xidmətdən istifadə etmək istəyən vətəndaşlar Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) 40-cı elektron xidmət olan “Kadastr kalkulyatoru” bölməsinə daxil ola bilər. Sadə formada istifadəyə uyğun olan elektron xidmət sahəsindən “Kadastr planlarının və yerquruluşu xəritələrinin tərtibi” və ya “Torpaqların inventarlaşdırılması və müayinə baxış aktlarının tərtibi” bölməsi seçilir. Xidmətlərdən istifadə üçün əmlakın yerləşdiyi şəhər və rayonu, torpağın sahəsi və kateqoriyası, ehtimal edilən nöqtələrin və parsellərin sayı daxil edilir. Kadastr planlarının və yerquruluşu xəritələrinin tərtibi ilə bağlı elektron xidmətdən istifadə üçün daşınmaz əmlakın növü, tərtib olunan plan və ya xəritənin sayı da qeyd olunur. İstifadəçi öz istəyinə uyğun xidmətin tezləşmə müddətini qeyd etməklə dövlət rüsumu və xidmət haqqı ilə bağlı dəqiq məbləği öyrənə bilər.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

31 2019 15:36 - İQTİSADİYYAT
İQTİSADİYYAT
7 Oktyabr 2019 | 15:46
Neftdən nə xəbər?!
5 Oktyabr 2019 | 16:45
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə