Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət katibinin müavini: ABŞ müasir və etibarlı nüvə gücünə sahib olmalıdır

Dövlət katibinin müavini: ABŞ müasir və etibarlı nüvə gücünə sahib olmalıdır

ABŞ Birləşmiş Ştatların və müttəfiqlərinin təhlükəsizliyini təmin etmək iqtidarında olan müasir, etibarlı və davamlı nüvə gücünə sahib olmalıdır.

Trend-in məlumatına görə, bunu "nüvə beşliyi"nə üzv ölkələrin nümayəndə heyətlərinin plenar iclasında ABŞ dövlət katibinin müavini Andrea Tompson deyib.

A.Tompson bildirib ki, hazırda Birləşmiş Ştatlar bu silahın yeni nümunəsinin işlənib hazırlanması ilə məşğul deyil: "Biz yeni silah yaratmırıq və Yer kürəsində nüvə hədəfi axtarmırıq".

O əlavə edib ki, ABŞ nüvə silahının yayılmaması sahəsində üzərinə götürdüyü öhdəliklərə tamamilə sadiq qalmaqda davam edir.

Qeyd edək ki, yanvarın 30-31-də Pekində "nüvə beşliyi" ölkələrinin konfransı keçirilib. Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransanın təmsil olunduğu toplantının əsas mövzusu nüvə silahının yayılmaması rejiminin saxlanmasıdır.

31 2019 15:34 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə