Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniya Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir

Almaniya Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir

Almaniya Azərbaycanla enerji, tikinti, kənd təsərrüfatı, turizm, eləcə də peşəkar-texniki hazırlıq sahələrində əməkdaşlığın böyük perspektivlərini görür.

Bunu Bakıda Azərbaycan--Almaniya yüksək səviyyəli işçi qrupunun səkkizinci iclası çərçivəsində Almaniya İqtisadiyyat və Energetika Nazirliyinin Xarici iqtisadiyyat şöbəsinin rəhbəri Ekhard Frants jurnalistlərə deyib.

E. Frants bildirib ki, hazırda, əsasən enerji sektorunda danışıqlar aparılır: “Almaniya qaz tədarükünün şaxələndirilməsi üzərində işləyir və “Cənub Qaz Dəhlizi” bunda vacib rol oynayacaq”.

Şöbə rəhbəri  əlavə edib ki, digər müzakirə olunan məsələ peşəkar-texniki hazırlıq mövzusudur: “Bu, Almaniyanın uğurlu iqtisadiyyatının əsas amilidir, çünki yüksək ixtisaslı mütəxəssislərdən çox şey asılıdır. Biz ümid edirik ki, bu sahədəki təcrübəmiz Azərbaycan üçün səmərəli olacaq”.

 

“Xalq qəzeti”

31 2019 15:23 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə