Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində “2 fevral – Gənclər Günü” ilə əlaqədar tədbir keçirilib

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində “2 fevral – Gənclər Günü” ilə əlaqədar tədbir keçirilib

“2 Fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə təşkil olunan tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev, muzeyin direktoru Pakizə Mehdiyeva, Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov və fəal gənclər çıxış edərək, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən söz açıblar.

Bildirilib ki, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin önündə olub. Gənc nəsil istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edib. Minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edib, idmançılarımızın qələbələri sayəsində Azərbaycan bayrağı xarici dövlətlərdə yüksəklərə ucalıb. Bunun nəticəsində müxtəlif dövlətlərdə və beynəlxalq qurumlarda ölkəmiz daha yaxından tanınıb, onun tarixi, mədəniyyəti və bu günü haqqında geniş məlumatlar çatdırılıb.

Tədbir çərçivəsində Azərbaycan gəncliyindən bəhs edən film nümayiş olunub. İstedadlı gənclər musiqi nömrələri ifa edib, vətənpərvərlik şeirləri səsləndiriblər.

Konfransda ötən il nailiyyətləri ilə seçilən bir qrup fəal gəncə mükafatlar təqdim olunub.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

31 2019 14:26 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə