Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İmadəddin Nəsimiyə həsr olunmuş monoqrafiya çapa hazırlanıb

İmadəddin Nəsimiyə həsr olunmuş monoqrafiya çapa hazırlanıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər təşkil olunur.

"Şair və yazıçı tribunası" sosial layihəsi çərçivəsində filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoyun "Seyid Əli Seyid Məhəmməd oğlu İmad əd-Din Nəsimi Şirvani" monoqrafiyası çapa hazırlanıb.

Monoqrafiya "Ön söz", "Nəsimi Şirvani haqqında", "Nəsiminin gəzdiyi coğrafiya", "Nəsimi şeirinin qaynaqları", "Hürufiliyin mənbəyi və təzahürü", "Sakral rituallar", "Nəsimi yaradıcılığı", "Nəsimi şeirinin ecazı" və s. bölmələrdən ibarətdir.

Əsərin elmi redaktoru, filologiya elmləri doktoru Fəridə Əzizova, elmi məsləhətçilər, akademik Vasim Məmmədəliyev və İsa Həbibbəylidir, rəyçilər filologiya üzrə fəlsəfə doktoru Çingiz Sasani və tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədovadır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

31 2019 14:25 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə