Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qatil uşaqlar haqqında film "Oskar"a namizəd olub

Qatil uşaqlar haqqında film

İrlandiyalı rejissor Vinsent Lambe Denis Fequsdan üzr istəmiş və film barədə ona əvvəlcədən məlumat verməli olduğunu dilə gətirmişdi.

1993-cü ildə Böyük Britaniyada 2 yaşlı Ceyms Bulgeri qaçırararaq, işgəncə verib öldürən 2 qatil uşağın hekayəsini əks etdirən "Saxlama" filmi ən yaxşı qısa film nominasiyası üzrə "Oskar"-a namizəd göstərilib.

Öldürülən uşağın anası Denis Ferqus verilən qərarla razılaşmayıb.

O, bu barədə öz "twitter" hesabında yazıb.

"Bu filmin çəkilməsinin və Oskara namizədliyinin verilməsinin məni nə qədər incitdiyini və iyrəndirdiyini sözlərlə ifadə edə bilmərəm"- deyə o qeyd edib. Filmdə orijinal rəsmi məlumatlar əsasında Bulgerin öldürülməsi və polisin iki uşaq qatilini sorğulaması yer alıb.

İrlandiyalı rejissor Vinsent Lambe Denis Fequsdan üzr istəmiş və film barədə ona əvvəlcədən məlumat verməli olduğunu dilə gətirmişdi.

Filmin "Oskar"a layiq görülməməsi üçün Fequs insanlara məktubla müraciət etmiş və tez bir zamanda 90 mindən çox insan bu məktuba imza atmışdı.

Xatırladaq ki, 10 yaşlı Robert Tompson və Jon Venable Ceymes Bulgeri Bootl şəhərində ticarət mərkəzlərindən birindən qaçırıblar.

Bulgerə işgəncə verərək öldürən uşaqlar 1993-cü ildə həbs edilib, 2001-ci ildə azadlığa çıxıblar.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

31 2019 14:23 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Avqust 2019 | 17:32
“Rast dünyası”

Köhnə versiyamızdan xəbərləri izlə