Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan üzrə Huawei CBG direktoru: Porsche Design Mate 20 RS modelimiz ancaq Azərbaycanda satışa çıxarılacaq

Azərbaycan üzrə Huawei CBG direktoru: Porsche Design Mate 20 RS modelimiz ancaq Azərbaycanda satışa çıxarılacaq

Qlobal texnologiya bazarında günü-gündən öz payını artıran və artıq smartfon satışları üzrə dünyada ikinci yerdə qərarlaşmış “Huawei” şirkəti Azərbaycan ictimaiyyətinə Mate seriyasından olan telefon modellərini təqdim edib.

Media və ictimaiyyət nümayəndələri, infuenserlərin, eləcə də texnologiya dünyası ekspertlərinin iştirakı ilə keçirilmiş təqdimat mərasimində Mate 20 seriya modellərinin öznəməxsus cəhətləri barədə ətraflı məlumat verilib.

Tədbirdə çıxış edən və Mate 20 model smartfonların xüsusiyyətləri barədə danışan Huawei Azərbaycan İstehlak Biznes rrupunun rəhbəri Qu Yançen bu modellərin qeyri-adi texniki xüsusiyyətlərə sahib olduğunu qeyd edib: “Keçən il ərzində Huawei tədqiqat və inkişaf üçün 13,3 milyard Avrodan çox investisiya yatırıb. Hazırda mükəmməl Android smartfonların bazara gətirilməsi fonunda istehlakçı gözləntiləri artır. Şirkətimiz bu ehtiyacların təmini istiqamətində texnoloji inkişafı sürətli şəkildə aparır. Huawei Mate 20 Pro istifadəçiyə yüksək performans, uzun ömürlü batareya, yüksək təhlükəsizlik və Leica-dan olan Ultra Geniş Bucaq Linzalara malik kamerası ilə böyük foto və videoqrafiya təcrübəsi təqdim edir. Smartfonun yerli istehsal olan Kirin 980 prosessoru isə 7 nanometrlik texnologiya əsasında hazırlanıb və 6.9 milyard tranzistordan ibarətdir”.

Huawei modellərinin ölkəmizdə satışından bəhs edən Azərbaycan üzrə Huawei CBG direktoru Çu Yançen vurğulayıb ki, Azərbaycan şirkət üçün regionun ən vacib bazarlarından biridir.

Mobil texnologiyahəvəskarlarının gözlədiyi Porsche Design Mate 20 RS premium modelindən danışan cənab Çu Yançen bu modelin regionda yalnız Azərbaycanda satılacağını qeyd edib.

“Azərbaycan xüsusilə flaqman modelleri üçün geniş bazar payı və potensialı ilə Huawei şirkəti üçün bölgənin ən vacib bazarlarından biridir. Çalışdığımız region - yəni Belarus Respublikası və Qafqaz ölkələri üzrə üstün texnologiyaların tətbiqi və məşhur avtomobil istehsalçısı ilə əməkdaşlıq şəraitində dizayn edilmiş Huawei Mate 20 RS (Porsche Design) modelini yalnız Azərbaycan bazarına satışa çıxarmışıq. Azərbaycan bu regon üzrə Porsche Design modelinin satılacağı yeganə ölkə olacaq. Bundan sonra Huawei Azərbaycan bazarına daha çox diqqət yetirəcək və strateji və biznes planlarımız lokal bazara uyğunlaşacaq. Gələcəkdə inanıram ki, Azərbaycan istehlakçıları Huawei məhsulların texnoloji yenilikləri haqqında daha çox məlumat alıb, bizim məhsullarımızı daha çox istifadə edəcək.” – deyə  Çu Yançen vurğulayıb.

Qeyd edək ki, tədbirdə  Mate 20 seriya modelləri Huawei Mate 20 lite, Huawei Mate 20, Huawei Mate 20 Pro və hər kəsin uzun müddətdir ki, gözlədiyi Huawei Mate 20 RS (Porsche Design) modelləri təqdim edilib.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

31 2019 12:26 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə