Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Damarların təmizlənməsi üçün qədim alman resepti

Damarların təmizlənməsi üçün qədim alman resepti

Reseptin tərkibinə daxil olan bütün inqrediyentləri orqanzimin ümumi sağlamlığı üçün çox faydalıdır. Medicina.az belə yazır. 

Sizə 1 ədəd kiçik zəncəfil kökü, 4 ədəd qabıqlı limon, 4 ədəd böyük diş sarımsaq, 2 litr su lazımdır.

Öncə limon və zəncəfili yuyaraq doğrayın və blenderdən keçirin. Daha sonra sarımsağı və digər komponentləri blenderə əlavə edin. Yaxşıca qarışdırdıqdan sonra alınan məhlulu dəmir qaba boşaldın. Vam odda qarışdıraraq qaynamadan altını keçirin və soyudun. Süzərək şüşə qablara tökün və soyuducuda saxlayın. 

Hər istifadədən əvvəl qabı (butulkanı) yaxşıca çalxalayın. Qarışımı yeməkdən 2 saat əvvəl ac qarına 3 həftə ərzində istifadə edin. Daha sonra 1 həftə fasilə verin. Ehtiyac olduqda yenidən 3 həftə qəbul edə bilərsiniz. Sarımsağın qoxusuna görə narahat olmayın -- o hazırlanma prosesində neytrallaşır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

31 2019 12:20 - SƏHİYYƏ
SƏHİYYƏ
25 Oktyabr 2019 | 16:40
Həkimlərimizi tanıyın
23 Oktyabr 2019 | 17:04
Həkim məsləhəti

Köhnə versiyamızdan xəbərləri izlə