Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İran yeni PUA-nı təqdim edib

İran yeni PUA-nı təqdim edib

İranın “Kaman 12” adlı Pilotsuz Uçan Aparatının (PUA) təqdimatı keçirilib.

Təqdimat İran paytaxtı Tehranda İran inqilabının 40 illiyi münasibəti ilə keçirilən “İqtidar 40” sərgisində baş tutub. “Kaman 12” PUA-sı 100 kq sursat daşımaq imkanına malikdir. Bununla yanaşı, “Kaman 12” təxminən 23 kq ağırlığında 4 bombanı daşıya bilər. PUA-nın min kilometrlik əməliyyat radiusu vardır.

Bəzi mənbələr bildirirlər ki, “Kaman 12” ələ keçirilmiş RQ-170 pilotsuz uçuş aparatının əsasında hazırlanmışdır. RQ-170 ABŞ-a məxsusdur. İran istehsalı olan Şahid-129-un isə ABŞ istehsalı olan MQ-1-in oxşarı olduğu bildirilir.  

Yeni uçan aparatın sürəti saatda 160 kilometrdir.Bu PUA-nın maksimum çəkisi 450 kq, minimum çəkisi isə 220 kq-dir.

İran İnqilabının Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələr komandanı briqada generalı Əmir Əli Hacızadə ötən ilin noyabr ayında bildirmişdi ki, İranda ABŞ istehsalı olan ən müasir dronlar və PUA-lar vardır.

Qeyd edək ki Tehranda İran inqilabının 40 illiyi münasibəti ilə “İqtidar 40” adlı təşkil olunan hərbi sərgi keçirilib.

 

“Xalq qəzeti”

31 2019 10:19 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə