Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Şəhər Baş Səhiyyə İdarəsi tabeliyindəki müəssisələrə 2019-cu ilə tələb olunan malların (iş və xidmətlərin) satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 15 (on beş) lot üzrə keçirilir.
Lot – 1. İçməli suyun satınalınması (Xəzər rayonu üzrə).
Lot – 2. Kommunal xidmətlərin ­satınalınması.
Lot - 3. Kоmmunikasiyа və elektrik işlərinin satınalınması.
Lot – 4. Mətbəə xərclərinin ­satınalınması.
Lot – 5. Elektrik mallarının ­satınalınması.
Lot – 6. Digər alış və xidmətlərin ­satınalınması.
Lot – 7. Dəftərxana mallarının ­satınalınması.
Lot – 8.Təsərrüfat mallarının ­satınalınması.
Lot – 9. Sair xərclərin satınalınması.
Lot -10. Yuyucu vasitələrin ­satınalınması.
Lot –11. Antvirus proqramının təminatı.
Lot – 12. Əmək haqqı proqramının təminatı.
Lot – 13. İstehsalatda istifadə olunmayan qeyri - maddi aktivlərin satınalınması. 
Lot – 14. Liftlərə texniki xidmət göstərilməsinin satınalınması (Xəzər, Suraxanı və Binəqədi rayonları üzrə).
Lot – 15. Hüquqi xidmət göstərilməsinin satınalınması. 
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun yuxarıda göstərilən lotlar üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: 
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Malların təchizatı, iş və xidmətlərin yerinə yetirilməsi cədvəli hər ay müəyyən edilmişdir və 2019-cu il dekabrın 30-na kimi nəzərdə tutulmuşdur.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
Tenderlə əlaqədar məlumat almaq istəyənlər əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs- Xanlar Hüseynov, telefon- 012 495-38-28. 
Ünvan-Bakı, M. Mirqasımov küçəsi 1A, Bakı Şəhər Baş Səhiyyə İdarəsi.
Maraqlananlar lotlar üzrə əsas şərtlər toplusunu aşağıdakı məbləğdə işitrak haqqı ödədikdən sonra yuxarıdakı ünvandan ala bilərlər.
İştirak haqqı lot – 1, lot -11, lot-12, lot -13, lot-14 və lot - 15 hər biri 50 manat, lot – 2 100 manat, lot – 3, lot – 5 və lot – 6 hər biri 150 manat, lot – 4, lot – 7, lot – 8, lot – 9 və lot – 10 isə hər biri 250 manatdır.
İştirakçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.
ADI – MNDXA-nın 8 saylı Xəzinədarlıq İdarəsi
VÖEN- 1401555071 
 KOD: 210005 
M/h- AZ41NABZ01360100000000003944
S.W.İ.F.T BİK- CTREAZ22
Hh- AZ54CTRE00000000000002128202
Kitab- 002736 Fond -7 Büdcə səviyyə kodu -142340
VÖEN- 1400125591
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirakçılar tenderdə iştirak etmək üçün 4 mart 2019-cu il saat 16.00-a qədər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifinin təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifləri dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- iddiaçının son bir illik maliyyə vəziyyəti barədə bank arayışı;
- iddiaçının hüquqi statusunu təsdiq edən sənədlər- rekvizitləri, qeydiyyat şəhadətnaməsinin, nizamnamənin və lisenziyanın surəti;
- iddiaçının potensial imkanlarının olması haqqında texniki məlumat;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair öhdəliklərin olub – olmaması haqqında arayış.
İddiaçıların tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.
Tender təklifləri 2 nüsxədə (əsli və surəti) tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı ilə birlikdə 14 mart 2019-cu il saat 16.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə Bakı, M.Mirqasımov küçəsi 1A nömrəli ünvanda yerləşən Bakı Şəhər Baş Səhiyyə İdarəsinə təqdim olunmalıdır.
Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı tender proseduru keçirildiyi tarixdən ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim edilir. Bank təminatını tender təklifi zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və qiymətləndirilməyə buraxılmır.
İddiaçıların təklif zərfləri Bakı şəhəri, M.Mirqasımov küçəsi 1A nömrəli ünvanda Bakı Şəhər Baş Səhiyyə İdarəsinin mərkəzi mühasibatlığında 15 mart 2019-cu il saat 10.00-da açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası

31 2019 06:42 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
31 İyul 2020 | 00:00
MƏTANƏT A
31 İyul 2020 | 00:00
KAPİTAL BANK
31 İyul 2020 | 00:00
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə