Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 27   Bakı şəhəri, 28 yanvar 2019-cu il


Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin kollegiyasının tərkibi haqqında Azərbaycan Respublikası ­Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnamə”nin 5.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin kollegiya üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:
Kollegiyanın sədri
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Kollegiyanın üzvləri:
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədrinin müavini
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru 
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Aparatının turizm siyasəti və strategiyası şöbəsinin müdiri
Azərbaycan Turizm və Menecment Universitetinin rektoru
Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini.

 

Novruz MƏMMƏDOV 
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə