• RUB: 0.0253
  • TRY: 0.2664
  • EUR: 1.9848
  • USD: 1.7000

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birləşmiş Millətlər Təşkilatının Baş katibi zati-aliləri cənab Antonio Quterreşə

Birləşmiş Millətlər Təşkilatının Baş katibi zati-aliləri cənab Antonio Quterreşə

Hörmətli cənab Baş katib!
Birləşmiş Millətlər Təşkilatının 7-ci Baş katibi, görkəmli siyasi xadim Kofi Annanın vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Kofi Annan uzun illər Birləşmiş Millətlər Təşkilatına rəhbərlik edərək, dünyada sülhün və sabitliyin qorunub saxlanması, qlobal təhdidlərin və təhlükələrin qarşısının alınması, davamlı inkişafın təmin edilməsi  işinə mühüm töhfələr vermişdir.  
Azərbaycan Respublikası ilə BMT arasında əməkdaşlığın bütün istiqamətlərdə dərinləşməsində Kofi Annanın xüsusi xidmətləri olmuşdur. 
Bu ağır itki ilə əlaqədar Sizə və başçılıq etdiyiniz təşkilatın əməkdaşlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 avqust 2018-ci il

 

18 2018 23:07 - MƏKTUBLAR
MƏKTUBLAR
13 Sentyabr 2018 | 20:40
Xalq artisti Arif Məlikova
7 Sentyabr 2018 | 21:00
Azərbaycanın yəhudi icmasına

Ən son xəbərləri səhifəmizdən də izləyin