• RUB: 0.0249
  • TRY: 0.2688
  • EUR: 1.9876
  • USD: 1.7000
  • Bakı + 23.8 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elman MƏMMƏDOV: Xəzər sahil dövlətləri arasında sülh və dostluq məkanına çevrilir

Elman MƏMMƏDOV: Xəzər sahil dövlətləri arasında sülh və dostluq məkanına çevrilir

“Azərbaycanın xarici ölkələrlə ikitərəfli əlaqələri daha da genişlənir və reytinqi ildən-ilə yüksəlir. Əgər Azərbaycanın İran, Rusiya, Qazaxıstan və Türkmənistanla ikitərəfli münasibətləri yüksək səviyyədə olmasaydı, Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması baş tutmazdı. Bu tarixi əhəmiyyətli sənəd, ilk növbədə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin xarici siyasətdə ikitərəfli münasibətlər formatına prioritet istiqamət kimi yanaşmasının məntiqi nəticəsidir”. Milli Məclisin deputatı Elman MƏMMƏDOV bu fikri Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısına münasibət bildirərkən demişdir.
E.Məmməov Prezident İlham Əliyevin V Zirvə toplantısındakı çıxışından bəzi məqamları diqqətə çatdıraraq dedi ki, Azərbaycan müstəqillik yoluna qədəm qoyduğu vaxtdan Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətlərinə xüsusi önəm verib. Dövlətimizin başçısının dediyi kimi, ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir. Həmçinin ölkə başçısı qeyd etmişdir ki, Azərbaycan Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasında daim fəal iştirak edib.
Deputat 2010-cu ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş III Zirvə toplantısını xatırladaraq bildirdi ki, bu tədbir ölkələrimiz arasında sıx əməkdaşlığın möhkəmləndirilməsi işinə mühüm töhfələr vermişdir: “Həmin zirvə toplantısında regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanması baxımından mühüm əhəmiyyət daşıyan “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır. Bu sənədə əsasən, ilk dəfə konseptual olaraq, suverenlik və balıqçılıq zonaları yüksək səviyyədə razılaşdırılmışdır. Eyni zamanda, Xəzəryanı dövlətlərin Xəzər dənizində əməkdaşlığının əsas prinsipləri istiqamətində razılıq əldə olunmuşdur. Bu prinsiplər dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörməti, Xəzərin sülh, mehriban qonşuluq və dostluq məkanına çevrilməsini ehtiva edir. Qürurverici haldır ki, həmin prinsiplər bu il avqustun 12-də Aktauda imzalanmış Xəzərin hüquqi statusuna dair Konvensiyada da öz əksini tapmışdır. Konvensiya fundamental normativ sənəd kimi Xəzər dənizinin ümumi hüquqi statusunu müəyyən edir”.
E.Məmmədov konvensiyanın əhəmiyyətindən söhbət açaraq bildirdi ki, bu sənəd Xəzərin hüquqi statusunu müəyyənləşdirməklə yanaşı, nəqliyyat, ekologiya və bütövlükdə regionda sülh və təhlükəsizlik məsələlərini özündə əks etdirir: “Bu baxımdan, hesab edirəm ki, konvensiya Xəzəryanı dövlətlərin hər biri üçün uğurludur. Bu tarixi razılaşma Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasında, həmçinin ölkəmizin dünya birliyindəki mövqeyinin möhkəmləndirilməsində mühüm rol oynayacaq”.
Hazırladı: 
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

18 2018 23:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2018 | 18:13
UTECA-da Bilik Günü qeyd olunub
18 Sentyabr 2018 | 15:34
Hindistanlı təlimçilər Lahıcda
18 Sentyabr 2018 | 15:33
Üzgüçünün ikiqat sevinci
18 Sentyabr 2018 | 15:25
Romanın Olimpiya stadionunda
18 Sentyabr 2018 | 15:23
Heyət məlumdur
18 Sentyabr 2018 | 15:11
Starta iki gün qalır

Ən son xəbərləri səhifəmizdən də izləyin