Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 16 Bakı şəhəri, 21 yanvar 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Aviasiya qəzası və ya ­insidenti barədə məlumatın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2008-ci il 19 sentyabr tarixli 219 nömrəli, “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli, “Mülki və eksperimental hava gəmilərində daşınmasına icazə verilə bilən hərbi avadanlığın (ləvazimatların) Siyahısı”nın təsdiq edilməsi barədə” 2009-cu il 30 yanvar tarixli 15 nömrəli, “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2009-cu il 5 fevral tarixli 22 nömrəli, “Biometrik informasiya xidmətlərinin sahələr üzrə fəaliyyətinin təşkili və tənzimlənməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2009-cu il 1 aprel tarixli 50 nömrəli və “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2009-cu il 3 aprel ­tarixli 52 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə
“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 
219 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, 
№ 9, maddə 866; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Aviasiya qəzası və ya insidenti barədə məlumatın verilməsi Qaydası”nın 2.1-ci bəndinin birinci abzasında “Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasına (bundan sonra – Administrasiya)” sözləri “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinə (bundan sonra – Agentlik)” sözləri ilə, ikinci abzasında, 2.2-ci, 2.3-cü (birinci və ikinci cümlələrində), 2.5-ci, 2.6-cı, 2.12-ci bəndlərində ismin müvafiq hallarında “Administrasiya” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, 
№ 12, maddə 1115; 2009, № 2, maddə 153, № 4, maddə 282, № 7, maddə 605, № 8, maddələr 674, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 1, maddə 60, № 2, maddələr 146, 161, № 10, maddələr 906, 912, № 11, maddə 1040; 2011, № 1, maddə 66, № 5, maddə 446, № 9, maddələr 856, 862; 2012, № 5, maddə 479, № 8, maddə 818, № 10, maddə 1027, № 11, maddə 1205; 2013, № 1, maddə 74, № 8, maddələr 1014, 1037; 2014, № 1, maddə 69, № 3, maddə 313, № 6, maddə 736, 
№ 7, maddə 919, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 611, № 6, maddə 800, № 11, maddə 1414; 2016, № 1, maddə 171, № 2 (II kitab), maddə 382, № 3, maddə 608, № 4, maddələr 782, 831, № 5, maddə 955, № 7, maddə 1343, № 8, maddələr 1440, 1450, № 9, maddələr 1584, 1585, 1587, № 11, maddə 1976, 
№ 12, maddə 2241; 2017, № 2, maddələr 282, 296, 311, № 5, maddə 972, № 8, maddə 1611, № 10, maddələr 1921, 1922, № 11, maddə 2186; 2018, № 2, maddə 336, № 3, maddələr 578, 625, 631, № 7 (II kitab), maddə 1655, № 10 maddələr 2142, 2161) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda aşağıdakı dəyişikliklər edilsin: 
2.1. “Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatı” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatı” sözləri ilə əvəz edilsin və “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Aparatı”, “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində olan: Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Aparatı”, “Nəqliyyat Nazirliyinin Aparatı”, “Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının Aparatı” və “Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Aparatı” sözləri çıxarılsın;
2.2. “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında, tabeliyində olan:” sözləri “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında olan:” sözləri ilə, “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi” sözləri “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti” sözləri ilə, “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu” sözləri “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu” sözləri ilə əvəz edilsin, “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində olan: Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin yerli bölmələri” sözləri çıxarılsın və ondan sonra aşağıdakı məzmunda abzaslar əlavə edilsin:
“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında olan:
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələri”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 30 yanvar tarixli 15 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, 
№ 1, maddə 35) ilə təsdiq edilmiş “Mülki və eksperimental hava gəmilərində daşınmasına icazə verilə bilən hərbi avadanlığın (ləvazimatların) siyahısı”nın 2-ci hissəsində “Dövlət Mülki Aviasiya Administrasiyasının (bundan sonra – DMAA)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin” sözləri ilə əvəz edilsin.
 4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 fevral tarixli 22 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, 
№ 2, maddə 145; 2016, № 4, maddə 812; 2018, № 5, maddə 1106) ilə təsdiq edilmiş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.2-ci, 2.3-cü, 2.5-ci, 2.6-cı, 2.7-ci, 5.2-ci və 12.2-ci bəndlərdə və XIII hissənin mətnində ismin müvafiq hallarında “Nəqliyyat Nazirliyi” sözləri ismin müvafiq hallarında “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti” sözləri ilə əvəz edilsin;
4.2. Əsasnaməyə 1 nömrəli əlavə - “Avtovağzala/avto-stansiyaya/pasportun verilməsi üçün ərizənin nümunəvi forması”nda “Nəqliyyat Nazirliyinə” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti” sözləri ilə əvəz edilsin;
4.3. Əsasnaməyə 3 nömrəli əlavə – “Avtovağzalın/avto-stansiyanın/ pasportunun nümunəsi”ndə “nəqliyyat naziri” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər ­Kabinetinin 2009-cu il 1 aprel tarixli 50 nömrəli Qərarı (Azərbaycan ­Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 268; 2014, № 6, maddə 747; 2017, № 9, maddə 1750) ilə təsdiq edilmiş “Biometrik informasiya xidmətlərinin sahələr üzrə fəaliyyətinin təşkili və tənzimlənməsi Qaydaları”nın 11.1-ci bəndində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin. 
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli Qərarı (Azərbaycan Respublikasının 
Qanunvericilik Toplusu, 2009, № 4, 
maddə 270; 2016, № 4, maddələr 803, 813; 2017, № 4, maddə 649, № 5, maddə 979; 2018, № 7 (II kitab), maddə 1625, 
№ 9, maddə 1919) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nın 1.2-ci bəndinin birinci cümləsində və Qaydaya 1 nömrəli əlavədə (Müsabiqənin elan edilməsinin nümunəvi forması) “Nəqliyyat Nazirliyi” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti” sözləri ilə, 4.6-cı bəndinin dördüncü cümləsində və Qaydaya 7 nömrəli əlavədə (Avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə) “Nəqliyyat Nazirliyinin” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin” sözləri ilə əvəz edilsin. 
 
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri
 
 
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə