Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 18 Bakı şəhəri, 21 yanvar 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 17 avqust tarixli 149 nömrəli, “Fərdi məlumatların mühafizəsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” 2010-cu il 6 sentyabr tarixli 161 nömrəli, “Aviasiya ilə əlaqədar axtarış və xilasetmə bölmələrinin yaradılması və işlərinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 13 noyabr tarixli 214 nömrəli, “Eksperimental aviasiyadan və dövlət aviasiyasından kommersiya məqsədləri üçün istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 25 noyabr tarixli 220 nömrəli, “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının həyata keçirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2010-cu il 24 dekabr tarixli 244 nömrəli, “Mülki aviasiya hava gəmilərinin uçuşlarının təhlükəsizliyinə dair məlumatların toplanması və işlənməsi sistemlərində informasiyanın qorunması Qaydaları”nın təsdiq edilməsi barədə” 2011-ci il 18 fevral tarixli 32 nömrəli və “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın təsdiq edilməsi barədə” 2011-ci il 20 ..may tarixli 81 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında
“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 avqust tarixli 149 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 8, maddə 758; 2014, № 6, maddə 747) ilə təsdiq edilmiş “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları”nın 1.3-cü bəndində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.
2. “Fərdi məlumatların mühafizəsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 161 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 9, maddə 827; 2014, № 6, maddə 747; 2016, № 9, maddə 1585; 2017, № 7, maddə 1492) 2-ci hissəsində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 13 noyabr tarixli 214 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 1042; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Aviasiya ilə əlaqədar axtarış və xilasetmə bölmələrinin yaradılması və işlərinin aparılması Qaydaları”nın 1.4-cü, 1.5-ci və 1.6-cı bəndlərində ismin müvafiq hallarında “Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri ismin müvafiq hallarında “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin və 1.5-ci bəndindən “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi,” sözləri çıxarılsın. 
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 220 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 1047; 2012, № 10, maddə 1014; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Eksperimental aviasiyadan və dövlət aviasiyasından kommersiya məqsədləri üçün istifadə Qaydası”nın 2.1.5-ci yarımbəndində “Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin.
5. “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının həyata keçirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 dekabr tarixli 244 nömrəli Qərarında (Azərbaycan Respublikasının 
Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1125; 2014, № 7, maddə 947; 2016, № 3, maddə 593, 
№ 4, maddə 786; 2017, № 1, maddə 130, № 9, maddə 1753; 2018, № 8, maddə 1817) aşağıdakı dəyişikliklər edilsin:
5.1. həmin Qərarla təsdiq edilmiş “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri sürücülərinin iş və istirahət rejiminə dair Qaydalar”ın 3.2-ci bəndində hər iki halda, 5.5-ci və 5.7-ci bəndlərində “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin;
5.2. həmin Qərarla təsdiq edilmiş “Rəqəmsal taxoqraf kartlarının sisteminə dair Qayda” üzrə:
5.2.1. 1.2-ci bənddə hər iki halda, 2.1-ci, 2.2-ci, 4.1-ci bəndlərdə, 4.2.3-cü yarımbənddə, 4.4-4.8-ci, 4.16-cı, 5.3-5.7-ci, 5.9-cu, 5.11-5.13-cü, 6.1-6.3-cü bəndlərdə “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin; 
5.2.2. Qaydaya 1 nömrəli əlavədə “Nəqliyyat Nazirliyinə” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə” sözləri ilə əvəz edilsin;
5.2.3. Qaydaya 2 nömrəli əlavədə “Nəqliyyat Nazirliyinə” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə” sözləri ilə əvəz edilsin;
5.2.4. Qaydaya 3 nömrəli əlavədə “Nəqliyyat Nazirliyinə” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə” sözləri ilə əvəz edilsin;
5.2.5. Qaydaya 4 nömrəli əlavədə “Nəqliyyat Nazirliyinə” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə” sözləri ilə əvəz edilsin;
5.2.6. Qaydaya 5 nömrəli əlavədə “Nəqliyyat Nazirliyinə” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə” sözləri ilə əvəz edilsin;
5.2.7. Qaydaya 6 nömrəli əlavədə “Nəqliyyat Nazirliyinə” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə” sözləri ilə əvəz edilsin;
5.3. həmin Qərarla təsdiq edilmiş “Taxoqrafların quraşdırılması, yoxlanması, təmiri, sınağı, kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işləri yerinə yetirən xidmət mərkəzlərinin (servis emalatxanalarının) fəaliyyəti Qaydaları”nın 3.13-cü bəndində hər iki halda, 4.1-ci, 4.2-ci, 4.8-ci və 4.9-cu bəndlərində “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 fevral tarixli 32 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 159) ilə təsdiq edilmiş “Mülki aviasiya hava gəmilərinin uçuşlarının təhlükəsizliyinə dair məlumatların toplanması və işlənməsi sistemlərində informasiyanın qorunması Qaydaları”nın 3.2-ci bəndində “Dövlət Mülki Aviasiya Administrasiyasına (bundan sonra – DMAA)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Dövlət Mülki Aviasiya Agentliyinə (bundan sonra – Agentlik)” sözləri ilə, 4.3-cü, 7.1-ci və 8.2-ci bəndlərində və 5.1.3-cü yarımbəndində “DMAA” abreviaturası “Agentlik” sözü ilə, 3.3-cü bəndində “DMAA-ya” abreviaturası “Agentliyə” sözü ilə, 5.1.2-ci və 7.1.1-ci yarımbəndlərində “DMAA-nın” abreviaturası “Agentliyinin” sözü ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 20 may tarixli 81 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 453; 2014, № 6, maddə 747; 2015, № 10, maddə 1243; 2016, № 10, maddə 1707) ilə təsdiq edilmiş “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın “4. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planı” bölməsinin 4.4.4-cü yarımbəndinin “İcraçı orqanlar” sütununda “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.
 
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri
 
 
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə