Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 19 Bakı şəhəri, 21 yanvar 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Müdiriyyətinin yaradılması haqqında” 2011-ci il 10 avqust tarixli 132 nömrəli, “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2011-ci il 28 dekabr tarixli 212 nömrəli, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2012-ci il 12 yanvar tarixli 5 nömrəli, “Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ın təsdiq edilməsi haqqında” 2012-ci il 15 fevral tarixli 37 nömrəli, “Aviasiya təhlükəsizliyi personalının xüsusi texniki vasitələrdən istifadə etməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 315 nömrəli və “Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi”nin təsdiq edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 318 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında
“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində təsərrüfathesablı Tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Müdiriyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 10 avqust tarixli 132 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011,
 № 8, maddə 778; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955; 2017, № 4, maddə 652) 2-ci hissəsində “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1257; 2014, № 4, maddə 444, № 6, maddə 747; 2016, № 10, maddə 1717; 2018, № 9, maddə 1930) ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın 2.1-ci bəndində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.
3. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 yanvar tarixli 5 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, 
№ 1, maddə 29; 2013, № 8, maddələr 999, 1033; 2014, № 5, maddə 561, № 6, maddə 747; 2016, 
№ 8, maddə 1453, № 9, maddə 1585; 2017, 
№ 1, maddə 122, № 5, maddə 963, № 10, maddə 1880, № 11, maddə 2185; 2018, № 3, maddə 616; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 noyabr tarixli 499 nömrəli Qərarı) ­aşağıdakı dəyişikliklər edilsin: 
3.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”nın 3.4-cü bəndində “Dövlət Dəniz Administrasiyasındakı” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki” sözləri ilə, 5.4.2.1-ci və 5.5.2-ci yarımbəndlərində, 7.7.1-ci yarımbəndinin birinci və ikinci cümlələrində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin və 5.5.2-ci yarımbəndindən “Dövlət Dəniz Administrasiyasında,” sözləri çıxarılsın;
3.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin 9-cu hissəsində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin və 12-ci hissəsi ləğv edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 15 fevral tarixli 37 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 181; 2014, № 6, maddə 747; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ın 1.5-ci, 2.1-2.3-cü, 2.6-2.9-cu, 3.1-3.3-cü, 3.6-cı, 4.1-ci, 4.2-ci, 4.5-ci, 5.1-ci və 5.2-ci bəndlərində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 315 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1379) ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyi personalının xüsusi texniki vasitələrdən istifadə etməsi Qaydaları”nın 2.2-ci bəndində “Dövlət Mülki Aviasiya Administrasiyasının (bundan sonra – DMAA)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Dövlət Mülki Aviasiya Agentliyinin (bundan sonra – Agentlik)” sözləri ilə, 2.9-cu, 2.10-cu, 2.11-ci, 2.13-cü və 3.7-ci bəndlərində ismin müvafiq hallarında “DMAA” abreviaturası ismin müvafiq hallarında “NRYTN yanında DMAA” sözləri ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 318 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1382; 2014, № 1, maddə 71, № 2, maddə 201, № 6, maddələr 734, 747; 2016, № 3, maddə 597, № 5, maddə 955, № 9, maddə 1594, № 12, maddə 2241) ilə təsdiq edilmiş “Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi”nin 7-11-ci hissələrində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə, 35-ci hissəsində “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.
 
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri
 
 
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə