Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 20 Bakı şəhəri, 21 yanvar 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yoxlamaların aparılmasına cəlb edilən şəxslərin anket məlumatlarının toplanması, yoxlanması və onların seçilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2012-ci il 25 dekabr tarixli 320 nömrəli, “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 15 yanvar tarixli 3 nömrəli, “Təbii inhisar subyektlərinin Siyahısı”nın təsdiq edilməsi barədə” 2013-cü il 19 iyul tarixli 189 nömrəli və “Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 3 dekabr tarixli 381 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə
“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 25 dekabr tarixli 320 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1384) ilə təsdiq edilmiş “Yoxlamaların aparılmasına cəlb edilən şəxslərin anket məlumatlarının toplanması, yoxlanması və onların seçilməsi Qaydası”nın 2.1-ci bəndində “Dövlət Mülki Aviasiya Administrasiyası (bundan sonra – DMAA)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Dövlət Mülki Aviasiya Agentliyinin (bundan sonra – NRYTN yanında DMAA)” sözləri ilə, 2.4-cü, 6.1-ci (birinci cümləsində), 7.1-ci (birinci və ikinci cümlələrində), 7.3-cü, 10.2-ci, 13.2-ci, 13.4-cü, 13.5-ci və 13.6-cı (birinci cümləsində) bəndlərində və 12.1.1-ci yarımbəndində ismin müvafiq hallarında “DMAA” abreviaturası ismin müvafiq hallarında “NRYTN yanında DMAA” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər ­Kabinetinin 2013-cü il 15 yanvar tarixli 3 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 747; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın 4.2-ci bəndindən “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən,” sözləri çıxarılsın, 2.1.2-ci yarımbəndində “Dövlət Mülki Aviasiya Administrasiyası (DMAA)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra - NRYTN)” sözləri ilə, 3.17-ci (ikinci cümləsində), 4.10-cu (ikinci və üçüncü cümlələrində), 4.11-ci, 4.12-ci (birinci cümləsində), 4.17-ci (ikinci cümləsində), 5.20-ci, 5.28-ci, 5.36-cı, 5.37-ci, 5.38-ci, 5.40-cı (birinci cümləsində), 6.5-ci, 8.4-cü, 9.12-ci bəndlərində ismin müvafiq hallarında “DMAA-nın direktoru” sözləri ismin müvafiq hallarında “nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri” sözləri ilə əvəz edilsin və 3.14-cü, 3.15-ci, 3.16-cı, 4.2-ci, 4.9-cu, 4.13-cü, 4.16-cı, 4.22-ci, 4.23-cü, 4.26-cı, 4.44-cü, 4.54-cü, 4.58-ci, 4.69-cu, 4.78-ci, 4.79-cu (birinci və ikinci cümlələrində), 4.80-ci, 4.81-ci, 4.84-4.86-cı, 5.13-cü, 5.21-ci, 5.23-cü, 5.27-ci, 5.35-ci, 5.43-5.45-ci, 6.2-ci, 8.2-ci, 8.4-cü, 8.9-cu, 9.8-ci, 10.2-ci, 10.37-ci, 11.3-cü bəndlərində, 4.73.3-cü, 5.47.6-cı, 8.3.1-ci, 8.3.2-ci, 8.6.3-cü, 8.6.4.3-cü, 8.6.4.4-cü, 8.8.1-ci, 8.8.2-ci, 9.3.1.2-ci, 9.5.1-ci, 9.5.2-ci və 10.30.2-ci yarımbəndlərində ismin müvafiq hallarında “DMAA” abreviaturası ismin müvafiq hallarında “NRYTN” abreviaturası ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 884; 2014, № 6, maddə 745; 2015, № 3, maddə 331, № 6, maddə 785; 2016, № 3, maddə 621, № 5, maddə 952) ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nın 26-1-ci hissəsində “Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi” sözləri “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 dekabr tarixli 381 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1659; 2016, № 4, maddə 805; 2018, № 5, maddə 1134, № 7 (II kitab), maddə 1625) ilə təsdiq edilmiş “Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları”nın 1.2-ci və 2.4-cü bəndlərində “Nəqliyyat Nazirliyi” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin.
 
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri
 
 
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə