Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 22 Bakı şəhəri, 21 yanvar 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında” 2000-ci il 13 dekabr tarixli 220 nömrəli və “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2007-ci il 11 iyun tarixli 94 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1272-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 oktyabr tarixli 304 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 dekabr tarixli 220 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 871; 2007, № 12, maddə 1336; 2009, № 2, maddə 144, № 8, maddə 675, № 9, maddə 738; 2016, № 12, maddə 2229; 2018, № 4, maddə 803, № 5, maddə 1135) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydaları”nın “Əsas anlayışlar” bölməsinin iyirmi üçüncü abzasında “məmulatlar və maddələr” sözləri “məmulatlar, maddələr və ya qurğular” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 11 iyun tarixli 94 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 699; 2011, № 4, maddə 373; 2016, № 12, maddə 2221; 2017, № 9, maddə 1749) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası”nın II hissəsinin otuz səkkizinci abzasında “məmulat və ya maddələr” sözləri “məmulat, maddələr və ya qurğular” sözləri ilə əvəz edilsin.
 
 
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri
 
 
 
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə