Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 23 Bakı şəhəri, 21 yanvar 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Aviasiya qəzasının və insidentinin araşdırılması üzrə işlərin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il 22 mart tarixli 87 nömrəli, “Aviasiya qəzası və ya insidenti barədə məlumatın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2008-ci il 19 sentyabr tarixli 219 nömrəli və “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” 2013-cü il 15 yanvar tarixli 3 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1244-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 oktyabr tarixli 609 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 22 mart tarixli 87 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 306) ilə təsdiq edilmiş “Aviasiya qəzasının və insidentinin araşdırılması üzrə işlərin maliyyələşdirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.3-cü bənd üzrə: 
1.1.1. birinci abzasda “təhqiqi” sözü “araşdırılması” sözü ilə əvəz edilsin;
1.1.2. ikinci abzasda “təhqiqat” sözü “araşdırma” sözü ilə əvəz edilsin;
1.1.3. üçüncü abzasda “təhqiqat təşkilatları” sözləri “araşdırma aparan təşkilatlar” sözləri ilə əvəz edilsin.
1.2. 2.4-cü, 2.5-ci bəndlərin birinci ­abzaslarında və 2.7-ci bənddə “təhqiq edən” sözləri “araşdıran” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 219 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 866; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Aviasiya qəzası və ya insidenti barədə məlumatın verilməsi Qaydası”nın 2.12-ci bəndində “Təhqiqat komissiyasının” sözləri “Aviasiya qəzalarını və insidentlərini araşdıran komissiyanın” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli 3 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 747; 2016, № 9, maddə 1585) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”nın 11.3-cü bəndinin ikinci cümləsində “təhqiqat” sözü “araşdırma” sözü ilə əvəz edilsin.
 
 
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə