• RUB: 0.0255
  • TRY: 0.2716
  • EUR: 1.9852
  • USD: 1.7000
  • Bakı + 23.9 ° C / 44%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Konvensiya xalqımıza tərəqqi və yüksək rifah gətirəcək

Konvensiya xalqımıza tərəqqi və yüksək rifah gətirəcək

Son günlər ölkəmizin, eləcə də bir sıra əcnəbi dövlətlərin mediasında Xəzər dənizinin statusuna dair Konvensiyanın imzalanması ilə bağlı çox sayda yazı və reportajları diqqətlə izləyirəm. Məni sevindirən odur ki, hətta ölkəmizin rəqibləri belə bu mühüm sənədin əhəmiyyətini, necə deyərlər, qədir-qiymətini inkar etməyə özlərində cəsarət tapmırlar. 
Bəli, hamı etiraf edir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin liderləri ilə birlikdə imzaladığı sənəd böyük tarixi əhəmiyyətə malikdir. Heç kəs zərrə qədər şübhə etmir ki, konvensiya müstəqil Azərbaycan dövlətinə, eləcə də regionun digər ölkələrinə, onların xalqlarına tərəqqi və yüksək rifah gətirəcək.
Bilirsiniz ki, hər bir ölkənin iqtisadi inkişafı yaxın və uzaq ölkələrlə sıx inteqrasiya, qarşılıqlı faydalı əməkdaşlıq prosesində mümkün olur. Xəzəryanı ölkələrin bütün sahələrdə hərtərəfli əməkdaşlığı regionun sürətli inkişafı üçün böyük imkanlar açacaq. Bu amil bölgədə həm də sülh və təhlükəsizlik üçün çox vacibdir. 
Təəssüf ki, bu gün dünya çox qarışıb. Allaha şükürlər olsun ki, Azərbaycanda, bütün Xəzəryanı ölkələrdə sabitlik, əmin-amanlıq hökm sürür. Bunu qorumaq lazımdır. Hesab edirəm ki, təkcə rəsmi qurumlar, hökumətlər səviyyəsində deyil, qeyri-hökumət təşkilatları səviyyəsində də əlaqələri gücləndirmək lazımdır. 
Bu gün Azərbaycanda fəal vətəndaş cəmiyyəti formalaşıb. Çox sayda QHT-lər dövlət qeydiyyatına alınaraq, uğurla fəaliyyət göstərir. Bəzən sosial şəbəkələrdə konvensiyasının əhəmiyyətini danmaq, əldə olunan uğurlara kölgə salmaq niyyətinə düşənlər tapılır. Hesab edirəm ki, belə hallarda vətəndaş cəmiyyəti fəalları bu sənədin xüsusi əhəmiyyəti ilə bağlı öz prinsipial rəy və fikirlərini bildirməlidir. 
Esmira Rəhimova, 
“Ailələrə dəstək” İctimai Birliyinin sədri, Əməkdar müəllim

18 2018 23:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin