Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 15 Bakı şəhəri, 21 yanvar 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstismarçı sertifikatının verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması qaydaları və hava nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə hava əlaqələrinin müxtəlif kateqoriyaları üçün istismarçı sertifikatlarına olan tələblər”in təsdiq edilməsi haqqında” 2007-ci il 31 may tarixli 87 nömrəli, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli və “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə
“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 31 may tarixli 87 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 557) ilə təsdiq edilmiş “İstismarçı sertifikatının verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması qaydaları və hava nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə hava əlaqələrinin müxtəlif kateqoriyaları üçün istismarçı sertifikatlarına olan Tələblər”də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.3-cü bəndin ikinci abzasında “Dövlət Mülki Aviasiya Administrasiyası (bundan sonra – Administrasiya)” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilsin;
1.2. 2-ci hissənin dördüncü, doqquzuncu, on üçüncü abzaslarında, 3-cü hissənin adında, 3.1-ci bənddə, 3.2-ci bənddə (birinci və ikinci abzaslarında), 3.3-3.5-ci bəndlərdə, 3.6-cı bəndin birinci və ikinci abzaslarında, 3.7-ci bənddə, 4-cü hissənin adında və birinci abzasında, 5.1-ci bənddə (hər iki halda), 5.2-ci bəndin ikinci, üçüncü, on ikinci abzaslarında, 5.8-ci bəndin ikinci abzasında, 6.1-ci, 6.3-6.5-ci, 6.7-ci, 7.1-ci bəndlərdə, 7.2-ci bəndin “Qeyd”ində, 8-ci hissənin adında və birinci abzasında (hər dörd halda), 9.1-ci, 9.2-ci bəndlərdə, 10.2-ci, 10.3-cü bəndlərdə (birinci abzaslarında), 10.4-cü bənddə və 10.5-ci bənddə ismin müvafiq hallarında “Administrasiya” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilsin;
1.3. 2-ci hissənin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi – Azərbaycan Respublikasında mülki aviasiyanın fəaliyyətinə nəzarət və dövlət tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə yaradılmış səlahiyyətli orqan;”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 861, № 9, maddə 923, № 10, maddə 1021, № 12, maddə 1331; 2009, № 1, maddələr 22, 32, № 2, maddə 150, № 4, maddələr 282, 293, № 8, maddələr 674, 675, 680, № 10, maddələr 846, 852, 856; 2010, № 2, maddələr 146, 161, № 11, maddə 1040; 2011, № 1, maddə 54, № 5, maddə 447, № 9, maddə 855; 2012, № 5, maddə 475, № 8, maddə 817, № 10, maddə 1028, № 11, maddə 1204, № 12, maddələr 1363, 1388; 2013, № 1, maddə 73, № 8, maddələr 1015, 1038, № 10, maddə 1219; 2014, № 1, maddə 69, № 3, maddə 312, № 6, maddə 736, № 7, maddə 918, № 10, maddə 1308; 2015, № 2, maddə 227, № 5, maddə 612, № 6, maddə 799, № 11, maddə 1413; 2016, № 2 (II kitab), maddə 381, № 4, maddələr 781, 831, № 5, maddə 955, № 7, maddə 1342, № 8, maddələr 1439, 1450, № 9, maddələr 1583, 1585, 1588, № 11, maddə 1976, № 12, maddə 2241; 2017, № 2, maddələr 283, 295, 310, № 5, maddə 972, № 8, maddə 1610, № 10, maddə 1920; 2018, № 2, maddə 335, № 3, maddələr 577, 626, № 7 (II kitab), maddə 1654, № 10, maddələr 2142, 2161) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. II bölmənin 12-ci hissəsində birinci halda “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə, ikinci halda “Rabitə və İnformasiya Texnologiyaları” sözləri “Rabitə və Yeni Texnologiyalar” sözləri ilə, 12.1-ci bənddə “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə, “Mərkəzi” sözü “Xidməti” sözü ilə, 12.2-ci bənddə “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə, “tabeliyində” sözü “yanında” sözü ilə əvəz edilsin;
2.2. 13-cü, 39-cu və 40-cı hissələr ləğv edilsin; 
2.3. aşağıdakı məzmunda 12.3-12.6-cı bəndlər əlavə edilsin:
“12.3. Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti
12.4. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti və onun regional bölmələri
12.5. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi
12.6. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi”.
3. “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə 1639; 2014, № 1, maddə 69, № 2, maddələr 191, 201, 207, № 3, maddələr 307, 317, № 4, maddə 449, № 5, maddə 560, № 6, maddələr 733, 747, № 7, maddələr 920, 953, № 10, maddələr 1287, 1319, № 11, maddələr 1505, 1506, № 12, maddə 1656; 2015, № 1, maddə 71, № 4, maddə 465, № 5, maddə 609, № 6, maddə 790, № 7, maddə 893, № 11, maddələr 1415, 1421, № 12, maddə 1573; 2016, № 2 (II kitab), maddələr 367, 384, № 4, maddələr 774, 830, № 5, maddə 955, № 7, maddələr 1340, 1355, 1358, № 8, maddələr 1446, 1448, № 9, maddə 1578, № 11, maddə 1928, № 12, maddələr 2219, 2233; 2017, № 2, maddə 277, № 4, maddə 624, № 5, maddələr 972, 986, № 6, maddə 1247, № 7, maddələr 1479, 1484, № 9, maddələr 1720, 1725, 1754, № 10, maddələr 1898, 1926, 1930, № 11, maddələr 2162, 2180; 2018, № 3, maddə 620, № 4, maddə 835, № 5, maddə 1139, № 7 (II kitab), maddə 1638, № 8, maddə 1806, № 10, maddələr 2141, 2162, 2177; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 noyabr tarixli 488 nömrəli, 30 noyabr tarixli 516 nömrəli, 1 dekabr tarixli 521 nömrəli və 18 dekabr tarixli 537 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:
3.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın 11.4-cü bəndində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin;
3.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı” üzrə:
3.2.1. 15-ci hissənin adında “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin;
3.2.2. 16-cı, 38-ci və 39-cu hissələr ləğv edilsin;
3.2.3. aşağıdakı məzmunda 15.17-15.39-cu bəndlər əlavə edilsin:
“15.17. Rəqəmsal taxoqraf kartlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu
15.18. Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu
15.19. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan ümumi istifadə edilən avtomobil yollarının təhkim və qorunma (mühafizə) zolağında müvafiq işlərin görülməsinə razılıq verilməsi üçün müraciətin və sənədlərin qəbulu
15.20. “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə icazələrin verilməsi üçün müraciətin və sənədlərin qəbulu
15.21. Məsafədən idarə edilən pilotsuz uçan aparatların dövriyyəsinə icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu
15.22. Dənizçinin şəxsiyyət sənədinin və dənizçinin qeyd kitabçasının verilməsi üçün müraciətin və sənədlərin qəbulu
15.23. Dənizçilərə sertifikatların (diplomların) verilməsi üçün müraciətin və sənədlərin qəbulu
15.24. Sertifikatın (diplomun) Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən tanınması haqqında təsdiqnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu
15.25. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu
15.26. Gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu
15.27. Gəminin “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğunluğu haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu
15.28. Limanın “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğunluğu haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu
15.29. “Gəmi Tarixinin Fasiləsiz Qeydləri” (GTFQ) sənədinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu
15.30. Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğunluğu haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu
15.31. Gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğunluğu haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu
15.32. Neftlə çirklənmədən yaranan zərərə görə mülki məsuliyyətin maliyyə təminatı haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu
15.33. Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyətlə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu
15.34. Minimum heyət tərkibi haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu
15.35. Azərbaycan Respublikasının Dövlət Gəmi Reyestrində qeydiyyatda olan gəmiyə çıxarışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu
15.36. Azərbaycan Respublikasının Berbout-çarter Reyestrində qeydiyyatda olan gəmiyə çıxarışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu
15.37. Azərbaycan Respublikasının Dövlət Gəmi Reyestrində qeydiyyatda olan gəminin qeydiyyatdan çıxarılması haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu
15.38. Azərbaycan Respublikasının Berbout-çarter Reyestrində qeydiyyatda olan gəminin qeydiyyatdan çıxarılması haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu
15.39. Limanlarda gəmi agenti tərəfindən xidmətlərin göstərilməsinə dair sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu”.
 
 
 
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri 
Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri 
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə