Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN  RESPUBLİKASI  NAZİRLƏR  KABİNETİNİN  QƏRARI
№ 12 Bakı şəhəri, 21 yanvar 2019-cu il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2005-ci il 6 yanvar tarixli 2 nömrəli, “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası kollegiyasının tərkibi haqqında” 2006-cı il 30 iyun tarixli 161 nömrəli, “Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının kollegiyasının tərkibi haqqında” 2008-ci il 16 iyul tarixli 159 nömrəli qərarlarının ləğv edilməsi barədə
“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin kollegiya-sının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 yanvar tarixli 2 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 47; 2007, № 4, maddə 391; 2008, № 5, maddə 447; 2014, № 1, maddə 57; 2015, № 6, maddə 785) ləğv edilsin.
2. “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 30 iyun tarixli 161 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 585; 2007, № 10, maddə 1021; 2015, № 6, maddə 785; 2017, № 7, maddə 1472) ləğv edilsin.
3. “Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 16 iyul tarixli 159 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 679; 2016, № 9, maddə 1570) ləğv edilsin. 
 
 
Novruz MƏMMƏDOV,
 Azərbaycan Respublikasının Baş naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə