Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN  RESPUBLİKASI  NAZİRLƏR  KABİNETİNİN  QƏRARI
№ 10 Bakı şəhəri, 21 yanvar 2019-cu il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 1998-ci il 22 aprel tarixli 91 nömrəli, “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydalarının təsdiq edilməsi haqqında” 1998-ci il 21 avqust tarixli 175 nömrəli, “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1999-cu il 15 mart tarixli 41 nömrəli, “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında” 1999-cu il 6 aprel tarixli 60 nömrəli, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında” 1999-cu il 21 iyun tarixli 103 nömrəli, “Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamənin, Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında nümunəvi Əsasnamənin və Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə” 1999-cu il 15 oktyabr tarixli 163 nömrəli və “Təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılması üçün razılığın verilməsi Qaydası haqqında” 2000-ci il 11 aprel tarixli 64 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə
“Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 299, № 8, maddə 550, № 10, maddə 639; 1999, № 2, maddə 150; 2000, № 5, maddə 374, 
№ 7, maddə 559, № 8 (III kitab), maddə 643, № 9, maddələr 690, 699, 700, 
№ 10, maddə 770; 2001, № 3, maddə 217, № 4, maddə 289, № 8, maddə 561; 2002, № 4 (II kitab), maddələr 
209, 212; 2005, № 1, maddə 56; 2006, № 2, maddə 180, № 4, maddə 367, 
№ 7, maddə 652; 2008, № 7, maddələr 672, 687; 2009, № 9, maddələr 742, 744, № 12, maddələr 1061, 1071; 2010, № 7, maddə 706, № 12, maddə 1114; 2011, № 1, maddə 68, № 8, maddə 774; 2012, № 1, maddə 39, № 7, maddə 779, № 10, maddə 1020; 2013, № 11, maddə 1458; 2014, № 4, maddə 456; 2015, № 7, maddə 895; 2016, № 4, maddə 801, № 8, maddələr 1432, 1460, № 12, maddə 2213; 2017, № 2, maddə 312, № 6, maddə 1242, № 8, maddə 1625; 2018, № 4, maddə 826) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 4.23-cü və 4.26-cı bəndlərdə “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin;
1.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiqedici sənədinə əsasən, Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti olan hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən gömrük rüsumlarından azad olunmaqla idxal edilən qurğuların, hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı”nın adında “Rabitə və” sözləri “Nəqliyyat, Rabitə və” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 558; 2004, № 3, maddə 193, № 9, maddə 750; 2005, № 7, maddə 665, № 10, maddə 978, № 12, maddə 1226; 2006, № 9, maddə 822, № 12, maddə 1163; 2007, № 1, maddə 49, № 10, maddə 1013; 2009, № 1, maddə 32; 2014, № 6, maddə 747; 2018, № 8 maddə 1817; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 noyabr tarixli 498 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nın 4.13-cü bəndində, 5.1-ci bəndinin üçüncü və dördüncü abzaslarında, 5.3-cü bəndinin birinci abzasında, 5.4-cü bəndinin beşinci və iyirmi yeddinci abzaslarında, 6.1-ci bəndinin ikinci, altıncı (hər iki halda), yeddinci, səkkizinci və onuncu abzaslarında, 8.1.7-ci yarımbəndinin ikinci abzasında, 9-cu hissəsinin birinci abzasında, 10-cu hissəsinin ikinci abzasında və 5.1-ci bəndinin “RV-nin sertifikatlaşdırma sxemi və təşkilati strukturu”nda “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin. 
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, 
№ 3, maddə 197; 2003, № 6, maddə 342; 2006, № 9, maddə 822, № 11, maddə 989; 2008, № 2, maddələr 116, 125, № 9, maddə 853, № 10, maddə 928; 2009, № 6, maddə 491; 2010, 
№ 8, maddə 764; 2011, № 6, maddə 566; 2012, № 1, maddə 36, № 5, maddə 488, № 12, maddə 1352; 2013, № 5, maddə 576, № 7, maddə 876, № 8, maddə 998, № 10, maddə 1211, № 11, maddə 1463; 2016, № 4, maddə 778, № 5, maddə 965; 2017, № 2, maddələr 276, 299, № 5, maddələr 978, 982; 2018, № 5, maddə 1120; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 noyabr tarixli 493 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”nin 1.2-ci bəndinin birinci və ikinci cümlələrində (ikinci halda) və 1.3-cü bəndinin birinci abzasının üçüncü, dördüncü cümlələrində, ikinci abzasında “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, 
№ 4, maddə 267; 2001, № 1, maddə 70, № 7, maddə 512; 2003, № 8, maddə 460; 2005, № 9, maddə 855, 
№ 11, maddə 1061; 2007, № 10, maddə 1013; 2008, № 2, maddə 116; 2010, 
№ 8, maddə 764; 2011, № 8, maddə 781, № 9, maddə 852; 2012, № 9, maddə 922; 2013, № 3, maddə 344; 2014, № 8, maddə 1011, № 10, maddə 1301; 2017, № 6, maddə 1218; 2018, № 9, maddə 1918, № 10, maddələr 2146, 2147; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 noyabr tarixli 492 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət uçotunun aparılması, məlumat uçotlarının istifadəsi və hesabat məlumatlarının formalaşdırılması Qaydaları”nın 2.2-ci bəndində (birinci halda) “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 6, maddə 381; 2002, № 11, maddə 675; 2004, № 9, maddə 750, № 12, maddə 1077; 2006, № 9, maddə 822; 2007, № 2, maddə 185; 2008, № 5, maddələr 430, 432; 2009, № 9, maddələr 738, 757, № 10, maddə 857; 2014, № 1, maddə 57, № 6, maddə 747; 2015, № 5, maddə 662; 2016, № 4, maddə 833; 2018, № 4, maddə 798, № 8, maddə 1817) ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 3.44-cü bəndində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.
6. “Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamənin, Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında nümunəvi Əsasnamənin və Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 163 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 10, maddə 597; 2001, № 1, maddə 74; 2006, № 7, maddə 653; 2008, № 6, maddə 597; 2014, № 2, maddə 201; 2016, № 4, maddə 816, № 5, maddə 955; 2018, № 8, maddə 1817, № 10, maddə 2175; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 noyabr tarixli 498 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 4-cü hissədə “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin;
6.2. həmin Qərarla təsdiq edilmiş “Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında Nümunəvi Əsasnamə”nin 1.1-ci bəndində “Nəqliyyat Nazirliyi” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilsin;
6.3. həmin Qərarla təsdiq edilmiş “Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında Nümunəvi Əsasnamə”nin 1.1-ci bəndində “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”yə” sözləri “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnaməyə” sözləri ilə, 2.3-1-ci bəndində “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin;
6.4. həmin Qərarla təsdiq edilmiş “Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında Nümunəvi Əsasnamə”nin 1.1-ci bəndində Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”yə” sözləri “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnaməyə” sözləri ilə və 2.4-1-ci bəndində “Nəqliyyat Nazirliyinin” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 aprel tarixli 64 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 310; 2009, № 3, maddə 195; 2014, № 6, maddə 747) ilə təsdiq edilmiş “Təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılması üçün razılığın verilməsi Qaydası”nın 2-ci hissəsində, 3-cü hissəsinin ikinci abzasında, 4-cü hissəsinin birinci abzasında, 5-ci hissəsinin birinci abzasında və 6-cı hissəsində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə, 5-ci hissəsinin dördüncü abzasında “rabitə və yüksək texnologiyalar naziri” sözləri “Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri” sözləri ilə əvəz edilsin.
 
 
Novruz MƏMMƏDOV,
 Azərbaycan Respublikasının Baş naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə