Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vergilər Nazirliyinin kollektivi 20 Yanvar faciəsinin ildönümünü yad edib

Vergilər Nazirliyinin kollektivi 20 Yanvar faciəsinin ildönümünü yad edib

Vergilər Nazirliyi tərəfindən 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr edilən tədbir keçirilib. Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunan anım mərasimində əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nazirlikdən bildirilib ki, anım tədbirində Azərbaycanın Xalq artisti Fəxrəddin Kərimovun bədii rəhbərliyi və dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri tərəfindən təqdim edilən proqramda milli və xarici bəstəkarların əsərlərindən ibarət ədəbi-bədii kompozisiya ifa olunub.

 

AZƏRTAC

19 2019 23:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin