Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səfir: Türkiyə xalqı 20 Yanvar faciəsini böyük kədər hissi ilə xatırlayır

Səfir: Türkiyə xalqı 20 Yanvar faciəsini böyük kədər hissi ilə xatırlayır

Türkiyə xalqı 20 Yanvar faciəsini böyük kədər hissi ilə xatırlayır. Bunu Trend-ə özəl müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.
E.Özoral qeyd edib: "Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olan qəhrəman soydaşlarımızı bu gün rəhmətlə yad edirik. 29 il bundan əvvəl baş vermiş bu kədərli hadisənin Azərbaycanın gələcəyinə məşəl kimi işıq saldığını, ölkənin müstəqilliyinin qazanılmasına yol açdığını hər zaman xatırlamaq borcumuzdur. Şübhəsiz ki, Azərbaycan xalqı müstəqillik yolunun vacib mərhələlərindən birini təşkil edən bu hadisələri heç vaxt unutmayacaq və şəhidlərini həmişə layiq olduqları minnətdarlıq hissi ilə yad edəcək. Bu məqsədlə başda cənab Prezident İlham Əliyev olmaqla, Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən atılan addımlar təqdirəlayiqdir".
Diplomatın sözlərinə görə, Türkiyə xalqı sevincli günlərdə olduğu kimi, kədərli günlərdə də Azərbaycan xalqının yanında olmağa davam edəcək.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 147 insan öldürüldü, 744 nəfər ağır xəsarət aldı, 841 nəfər qanunsuz olaraq həbs edildi. 

19 2019 23:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin