Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncə Şəhər İcra Hakimiyyəti tabeliyindəki məktəbəqədər müəssisələr üçün 2019-cu ildə alınacaq mal-materialların satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Gəncə Şəhər İcra Hakimiyyəti tabeliyindəki məktəbəqədər müəssisələr üçün 2019-cu ildə alınacaq mal-materialların satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 4 (dörd) lot üzrə keçirilir.
Lot-1. Bərk inventarların satınalınması.
Lot-2. Yumşaq inventarların satınalınması.
Lot-3. Digər maşın və avadanlıqların satınalınması.
Lot-4. Əsaslı təmir işlərinin görülməsinin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıda göstərilən məbləğdə iştirak haqqını hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Gəncə şəhəri, Heydər Əliyev meydanı, inzibati binadan ala bilərlər.
İştirak haqqı hər bir lot üçün 100 (yüz) manatdır.
Təşkilat: Gəncə Şəhər İcra Hakimiyyəti 
Hesab - AZ24CTRE000000000000025106
VÖEN - 2300571241
BANK – “KAPİTAL BANK” ASC-NİN Gəncə filalı
Kodu: - 200275
VÖEN - 9900003611
M/h - AZ37NABZ 01350100000000001944
S.W.I.F.T. BİK AİİBAZ 2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq edilmiş surətləri);
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) və iş qrafikini 20 fevral 2019-cu il saat 17.00-dək, tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərflərdə 4 mart 2019-cu il saat 17.00-dək Gəncə şəhər H.Əliyev meydanı, inzibati binaya təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 5 mart 2019-cu il saat 10.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər (iştirakla bağlı müvafiq sənədi təqdim etdikdə).
Əlaqələndirici şəxs - Məlahət Salahova
Telefon - 0-22-256-10-39

 

Tender komissiyası

19 2019 22:54 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
22 Avqust 2019 | 13:00
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə