Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tədbirlərin keçirilməsinin satınalınması üçün AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi  tədbirlərin keçirilməsinin satınalınması üçün  AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Gənc alimlərin əsərləri adlı jurnalın 18-ci sayının çap edilməsi.
Lot-2. Azərbaycan Respublikasında İran İslam Respublikası gənclərinin dostluq həftəsinin təşkil edilməsi.
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun hər lot üçün öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti. 
Prosedurla əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar 4658415, 4656443 nömrəli telefonlara (faks: 4656438) müraciət edə bilərlər (əlaqələndirici şəxslər - 1-ci lot üzrə - Kərimov Kənan Elman oğlu, 2-ci lot üzrə isə Hüseynov Elşən Kamal oğludur). İddiaçılar hər lot üçün 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən (Bakı şəhəri, Olimpiya küçəsi 4, II mərtəbə, yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorundan) ala bilərlər.
Bank – Dövlət Xəzinədarlıq Agentliyi
Kod – 210005
M/h – AZ41NABZ01360100000000003944
VÖEN – 1401555071 
SWIFT – CTREAZ22
Alan müştəri – Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
H/h – AZ50CTRE00000000000002147771
VÖEN – 1500171121 
Büdcə səviyyəsinin kodu – 7
Təsnifat kodu – 142340 
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar prosedurda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış; 
- iddiaçının son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründə) maliyyə vəziyyət barədə bank tərəfindən verilmiş arayış;
- təklif (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- təklifin təminatı (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- son bir il ərzində (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyəti dövründə) yerinə yetirdiyi analoji işlər haqqında məlumat.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. 
İddiaçılar tender prosedurunda iştirak etmək üçün yuxarıda göstərilən ixtisas sənədlərini 21 fevral 2019-cu il saat 18.00-a qədər tender komissiyasına təqdim etməlidirlər. İddiaçılar tender təkliflərini və təklifin 1 faizi məbləğində bank təminatını 1 mart 2019-cu il saat 18.00-a qədər ikiqat bağlı zərflərdə iki nüsxədə tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri iddiaçıların iştirakı ilə 4 mart 2019-cu il saat 10.00-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində açılacaqdır. 

 

Tender komissiyası

 

19 2019 22:54 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 Fevral 2019 | 00:08
Bildiriş
17 Fevral 2019 | 00:07
Bildiriş

Ən son xəbərləri səhifəmizdən də izləyin