Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

20 Yanvar qurbanları anıldı

 20 Yanvar qurbanları anıldı

Azərbaycan Milli Kitabxanasında “20 Yanvar faciəsinin 29-cu ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “20 Yanvar – ümumxalq hüzn və qürur günüdür” mövzusunda kitab sərgisi və filmin nümayişi keçirilmişdir. 
Tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov 20 Yanvar hadisələri haqqında danışaraq milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirildiyini və ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirmişdir.
Milli Kitabxana direktorunun müavini Mələk Hacıyeva çıxışında Sovet rejiminin dinc əhaliyə qarşı törətdiyi qanlı qırğının – 20 Yanvarın Azərbaycan xalqının azadlığa, müstəqilliyə doğru gedən yolunun başlanğıcı olduğunu qeyd etmişdir. Nəzərə çatdırılmışdır ki, kitabxananın saytında 20 Yanvar faciəsi ilə bağlı elektron məlumat bazası yerləşdirilib və burada bütün informasiyalar və elektron resurslar daim yenilənir.
Mərasimdə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş film nümayiş etdirilmişdir. Tədbir iştirakçıları mövzu ilə əlaqədar Azərbaycan, rus və digər dillərdə 300-dən artıq nəşri əhatə edən kitab sərgisi ilə tanış olmuşlar.

 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

 

19 2019 22:40 - 20 YANVAR
20 YANVAR

Köhnə versiyamızdan xəbərləri izlə