Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə ilə ABŞ arasında əmtəə dövriyyəsinin həcmi artıb

Türkiyə ilə ABŞ arasında əmtəə dövriyyəsinin həcmi artıb

Türkiyə ilə ABŞ arasında 2018-ci ilin yanvar-noyabr ayları ərzində ticarət dövriyyəsinin həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz artaraq 19 milyard dollara çatıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
Qeyd edək ki, həmin dövrdə Türkiyənin Birləşmiş Ştatlara ümumi məhsul ixracının səviyyəsi 4,3 faiz yüksəlib. Bu tendensiyanın 2019-cu il ərzində davam edəcəyi proqnozlaşdırılır. 
ABŞ Ticarət Palatası nəzdində fəaliyyət göstərən Türkiyə–Amerika işgüzar şurasının icraçı direktoru Cenifer Мiel “Anadolu” agentliyinin müxbirinə bildirib ki, ABŞ-la Türkiyə arasında ticarət dövriyyəsinin artması iki ölkə arasında stabilləşdirici amil rolunu oynayır. 
İcraçı direktor sonra vurğulayıb ki, hazırda Türkiyə ilə ABŞ arasındakı ticarət dövriyyəsinin böyük hissəsini müdafiə sənayesi məhsulları təşkil edir. 
Onun sözlərinə görə, Türkiyə şirkətləri ABŞ-ın hərbi sahədə modern texnologiyalarının dünya bazarına çıxarılmasına öz töhfəsini verir. Belə ki, Türkiyə müəssisələri Birləşmiş Ştatların “F-35” qırıcı təyyarələrinin istehsalı proqramı üzrə təchizatçılardan biridir. 

 

M.HACIXANLI, 
“Xalq qəzeti” 

19 2019 22:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə