Ən son xəbərlər

Son buraxılış
Arxiv

80 minədək suriyalıya vətəndaşlıq verilib

80 minədək suriyalıya vətəndaşlıq verilib

Türkiyənin daxili işlər naziri Süleyman Soylu 80 minədə suriyalıya vətəndaşlıq verildiyini deyib. Bu barədə “Hürriyet”in məlumatında bildirilir. 
Süleyman Soylu qeyd edib ki, Türkiyə 79 min 820 suriyalıya vətəndaşlıq verib. Onlardan yetkinlik yaşına çatmış 59 min 99 nəfər martın 31-də keçiriləcək bələdiyyə seçkilərində səsverməyə qatılacaqlar.
Nazir vurğulayıb ki, bələdiyyə seçkilərinin təhlükəsizliyini 547 min polis əməkdaşı təmin edəcək.
Qeyd edək ki, 2011-ci ildə Suriyada başlanan vətəndaş müharibəsindən sonra ölkədən didərgin düşən 3 milyon insan Türkiyəyə sığınıb.

 

Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

19 2019 22:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin