Ən son xəbərlər

Son buraxılış
Arxiv

Meksikada güclü partlayış

Meksikada güclü partlayış

Meksikanın İdalqo ştatında qaz kəmərinin partlaması nəticəsində 66 nəfər həlak olub, 76-dan çox insan xəsarət alıb. Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.
Meksika Prezidenti Andres Manuel Lopes Obrader bütün hökuməti insanlara kömək etməyə çağırıb. 
Meksikanın “Remex” Dövlət Neft Şirkətindən bildiriblər ki, partlayışa və yanğına kəmərdə olan sızma səbəb olub.
Mexiko meri ağır yaralıları paytaxt xəstəxanalarına gətirmək üçün 4 tibb vertolyotu göndərib.
Faciə baş verən yerin yaxınlığında yaşayan sakinlər təcili evakuasiya ediliblər.Hadisə yerində xilasedicilər və həkimlər çalışırlar.

 

Qəzənfər QASIMOV, 
“Xalq qəzeti” 

 

19 2019 22:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin