Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bir ildə bir qəsəbədə yarım milyon manatlıqdan çox sərmayə qoyulub

Bir ildə bir qəsəbədə yarım milyon manatlıqdan çox sərmayə qoyulub

Söhbət Şəmkirin Çnarlı qəsəbəsindən gedir. Keçən il burada 7 fərdi yaşayış evi tikilib, 4-nün də tikintisi hazırda davam edir. Bundan başqa qəsəbəyə sahibkarlar tərəfindən 570 min manatlıq sərmayə yatırılıb. Bütün bunlar barədə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun da iştirak etdiyi iclasda söhbət açılıb. Çinarlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zeynalabdin Zeynalovun 2018- cı ilin yekunlarına dair hesabatı dinlənilərkən maraqlı faktlar sadalanıb.

2018-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağının gündəliyinə daxil edilən məsələlər içərisində kimsəsiz uşaqlar və tənha ahıl qocalarla, ağsaqqallar və gənclərlə aparılan işlər, təhsil, səhiyyə, mədəniyyət sahəsində görülən işlər, tut tinglərinin əkimi və baramaçılığın inkişafı istiqamətində görülən işlər, qəsəbədə keçirilən mədəni kütləvi tədbirlər, Çinarlıda tikilən fərdi yaşayış evləri, sahibkarlıq obyektləri, qəsəbəyə investisyanın yönləndirilməsi, nikahsız ailələrin sayı və onların nikaha daxil edilməsi istiqamətində görülən işlər, dini radikalizmə qarşı qəsəbədə aparılan maarifləndirici tədbirlər, yas mərasimlərinin sadələşdirilməsi və bu ənənənin qorunub saxlanılması ilə bağlı məsələlər xüsusi ilə önə çəkilib.

Hesabat məruzəsi ilə çıxış edən Çinarlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Zeynalabdin Zeynalov 2018-ci ildə görülən işlərin yekunları və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Z.Zeynalov bildirib ki, qəsəbənin problemlərini aradan qaldırmaq üçün bütün imkanlardan istifadə edəcəyik. 2019-cu ildə də qarşıda duran başlıca işlərdən biri xaricdə fəaliyyət göstərən iş adamlarını qəsbəyə cəlb etmək, rayon rəhbərliyinin köməyi ilə onların Çinarlıda sahibkarlıqla daha səmərəli iştirakına dəstək olmaqdır.

Çinarlı bələdiyyəsinin sədri Arzu Qafarov qəsəbə bələdiyyəsinin 2018-ci ildə gördüyü işlərdən və 2019-cu ildə qarşıda duran vəzifələrdən danışmışdır.

Hesabat iclasında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək demişdir ki, respublikamızda aparılan sosial-iqtisadi inkişafa uyğun olaraq rayonumuzda da bu dövrdə ayrı-ayrı sahələrdə bir sıra uğurlar əldə olunmuş, ölkə rəhbərinin regionlarda aqrar sahənin, xüsusilə baramaçılığın inkişaf etdirilməsi istiqamətində qarşıya qoyduğu vəzifələrə uyğun olaraq kompleks tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.        
İcra hakimiyyətinin başçısı qeyd etmişdir  ki, cənab Prezidentin bölgələrə sərmayə qoyuluşu çağırışına qoşulan iş  adamları Şəmkirə böyük maraq göstərməyə başlamışlar. Biz bu sahədə bütün imkanlardan istifadə etməli, daha çox investor cəlb etmək üçün əlmizdən gələni əsirgəməməliyik. Çinarlının timsalında aydın görünür ki, bu sahədə daha böyük uğurlar əldə etmək mümkündür.

Hamlet QASIMOV,
"
Xalq qəzeti"bölgə müxbiri

 

19 2019 19:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə